Previous Next
Bağla

Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

20-02-2026 12:41
Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

2026-cı il üzrə 21-ci Ümumdünya Poçt İttifaqının (ÜPİ) Təsnifat Müsabiqəsi çərçivəsində müxtəlif ölkələrə məxsus müasir poçt markalarının beynəlxalq nümayişinə start verilib.

Xeberler.az bildirir ki, müsabiqə formatı sərgi üzərində qurulub: ÜPİ-yə üzv ölkələrin son illərdə dövriyyəyə buraxdıqları poçt markaları beynəlxalq filateliya sərgilərində təqdim olunur, sərgiyə gələn ziyarətçilər isə bəyəndikləri ölkə stendinə QR kod vasitəsilə səs verirlər.

Bu çərçivədə ilk nümayiş 2026-cı il 4-8 fevral tarixlərində Dubay şəhərində keçirilən “DUBAI 2026” beynəlxalq filateliya sərgisində baş tutub.

Sərgidə ölkəmizi AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən dövriyyəyə buraxılmış müasir poçt markaları təmsil edib. Azərbaycan stendində Xəzər Dəniz Gəmiçiliyinin 165 illiyi, Ucal Haqverdiyevin 65 illiyi, Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş markalar, eləcə də ölkənin tarixi və milli kimliyini əks etdirən digər buraxılışlar nümayiş etdirilib.

Sərgi çərçivəsində ÜPİ-yə üzv ölkələr və tərəfdaş qurumlar arasında işgüzar görüşlər də keçirilib. Görüşlərdə “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, eyni zamanda Ümumdünya Filateliya İnkişaf Assosiasiyasının (WADP) sədri olan Sitarə Hüseynova iştirak edib. Görüşlər zamanı beynəlxalq filateliya əməkdaşlığının genişləndirilməsi, müasir poçt markalarının təşviqi və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 21-ci ÜPİ Təsnifat Müsabiqəsi çərçivəsində təqdim olunan poçt markaları 2026-cı il ərzində ABŞ, Çin, Böyük Britaniya və Monakoda keçiriləcək nüfuzlu beynəlxalq filateliya sərgilərində də nümayiş olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərmarka beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb

23-10-2009

“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

02-07-2025

Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

11-06-2025

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017

Ucal Haqverdiyevə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

21-06-2025

Azərpoçt AXC-nin buraxdığı markaları “WNS” ilə qeydiyyatdan keçirib

28-10-2025

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018

Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

05-11-2018

Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

17-06-2025

"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş poçt markaları buraxılacaq

30-01-2026

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018

Azərpoçt: 200-dən çox Şəxsi poçt markası sifariş olunub

01-04-2019

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018

“Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş olub

14-05-2025

Ümumdünya Şahmat Olimpiadası ilə bağlı poçt markaları nəşr edilib

30-08-2016

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

19-03-2019

İslam Oyunlarına həsr olunmuş poçt markaları-Foto

12-05-2017

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021

“Azərpoçt” MMC “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb  

24-05-2024

ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap etdi.

01-07-2011

“Azərpoçt” Yaponiyada beynəlxalq əməkdaşlıq seminarında iştirak edib

04-07-2025

Azərbaycan markası “WOPA+”da ilin ötən ən yaxşı markası kimi paylaşılıb

14-01-2026

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində təmsil olunacaq

10-06-2025

AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

19-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə