İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Məhsullar “Mr.Fix” brendinə məxsus tikinti materiallarıdır.
Xeberler.az bildirir ki, bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir. Ənənəvi ticarət üsullarının zəiflədiyi bir dövrdə rəqəmsal bazarlara keçid cəmi bir aydan qısa müddətdə yerli məhsulu nəhəng bazarda lider mövqeyə yüksəldib.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın tikinti məhsullarının dünyanın ən böyük bazarlarından birində top üçlükdə yer alması elektron ticarətin yaratdığı yeni reallıqdır: “Şirkətlər bu reallığı qəbul etməli və daha çox bu istiqamətə yönəlməlidir. Artıq məhsula sifariş sorğusu da daxil olub, müzakirələr aparılır. Bu, sadəcə başlanğıcdır və bənzər nümunələrin sayı artacaq. Bu uğuru fürsətə çevirmək üçün sahibkarlar “Azexport” portalı ilə daha yaxından əməkdaşlığa dəvət olunur”.
“Azexport.az” portalı sahibkarları təmənnasız təqdim olunan ixrac imkanlarından yararlanmağa çağırır və Azərbaycanın qeyri-neft ixracını yeni rəqəmsal bazarlarda daha da gücləndirməyə davam edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları