Azərbaycan Mətbuat Şurasına "reketçiliklə" məşğul olan qəzetlərlə bağlı yenidən 20-yə qədər şikayət daxil olub.
"Bizə hər gün Bakıdan və ölkənin müxtəlif bölgələrindən "reket" fəaliyyəti ilə məşğul olan qəzetlərlə bağlı bir neçə şikayətlə müraciət edirlər", - cümə axşamı Trend News-a Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirib.
Trend News-un arayışı: Mətbuat Şurası bir müddət əvvəl "reket" fəaliyyəti ilə məşğul olan 80-dən çox qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Hüseynzadənin sözlərinə görə, şuraya daxil olan şikayətlər həm paytaxtdan, həm də müxtəlif bölgələrdən göndərilib. "Müraciətlər şuranın "reketçiliyə" qarşı mübarızə komissiyasına verilir və burada aparılan araşdırmalar nəticəsində hər hansı qəzetin həqiqətən "reketçiliklə" məşğul olub-olmadığı dəqiqləşdirilir", - işraçı katib əlavə edib.
Onun fikrincə, Bakıdan daxil olan şikayətlərin əksəriyyəti uşaq xəstəxanalarındandır. "Bəzi qəzetlərin rəhbərliyinin, yaxud ayrı-ayrı əməkdaşlarının işədüzəltmə adı ilə vətəndaşları aldatması ilə bağlı da şikayətlər var", - şura rəsmisi vurğulayıb.
Hüseynzadə deyib ki, yalnız hərtrərəfli araşdırmalardan sonra hər hansı mətbuat orqanının həqiqətən "reketliklə" məşğul olub-olmammsı haqda son qərar çıxarılır.
Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri