Azərbaycan mobil internetin sürətinə görə dünyada 3 pillə irəliləyib

19-07-2022 / 10:57

2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 3 pillə irəliləyib və 33,64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.

Xeberler.az bildirir ki, bu barədə "Report" “Speedtest Global Index”ə istinadən xəbər verib.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (213,73 MB/S), sonuncu yerdə isə Kuba (1,84 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126,96 MB/S sürətlə birinci, Kuba isə 4,49 MB/S sürətləsonuncu 139-cu yerdə qərarlaşıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.