Previous Next
Bağla

Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

25-05-2026 12:55
 Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Plug and Play” innovasiya şirkətinin tərəfdaşlığı ilə keçirilən GOAL proqramının qalib startapları “Silikon Vadisi”ndə görüşlər keçirib. Bu xüsusda Azərbaycan startapları ilə “Plug and Play” şirkətinin baş icraçı direktoru Saed Amiri arasında görüş baş tutub.

Belə ki, “Plug and Play” ilə keçirilən görüşdə startapların inkişafı, investisiya, digər xarici bazarlara çıxış və “Silikon Vadisi” ekosisteminə inteqrasiya imkanları müzakirə edilib. Bununla yanaşı, görüş zamanı Azərbaycan startaplarının həlləri və məhsulları da təqdim olunub.

Proqramın iştirakçıları, həmçinin “Plug and Play”in müxtəlif istiqamətləri üzrə bir sıra komandalar ilə görüşlər keçirirlər. Növbəti həftə startaplar “Silicon Valley Summit” çərçivəsində “Global Startup Showcase” səhnəsində çıxış edəcək, habelə sərgi zonalarında məhsullarını beynəlxalq auditoriyaya təqdim edəcəklər.

Proqram ərzində “Hyundai Innovation Day”, “LinkedIn”, “Odoo” və “San Jose AI Center of Excellence Expo” kimi tədbir və şirkət ziyarətləri də nəzərdə tutulub. Onu da qeyd edək ki, Azərbaycandan olan “Pionero AI” startapı “Shark Tank” sessiyasının qalibi olaraq “Global Startup Showcase” tədbirində investorlar önündə təqdimat imkanı əldə edib.

Ümumilikdə GOAL proqramında 6 Azərbaycan startapı iştirak haqqı qazanıb (“Glacies Biome”, “Enduropy”, “Bonfi; Recepta”, “Pixelfork”, “Pionero AI”). Hal-hazırda davam edən proqramda startaplar investor sessiyalarında, korporativ nümayəndələrin iştirakı ilə müzakirələrdə, investorlar önündə təqdimat simulyasiyalarında və müxtəlif beynəlxalq şəbəkələşmə tədbirlərində iştirak edirlər.

GOAL proqramının məqsədi yerli innovasiya ekosisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycan startaplarının qlobal platformalarda təmsil olunmasına və ölkənin innovasiya potensialının təşviqinə dəstək verməkdir. Layihə çərçivəsində startaplar beynəlxalq təcrübə qazanır, məhsul və xidmətlərini qlobal auditoriyaya təqdim edir, potensial investisiya və tərəfdaşlıq imkanları əldə edirlər. Eyni zamanda, proqram iştirakçıların investorlar önündə təqdimat, biznesin inkişafı, korporativ əməkdaşlıq və beynəlxalq bazarlara çıxış sahəsində bilik və bacarıqlarını inkişaf etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026
İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025
Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

19-10-2024
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

13-06-2026
Azərbaycanlı startapçılar üçün yeni fürsət

Azərbaycanlı startapçılar üçün yeni fürsət

22-06-2023
“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026
Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

27-09-2024
Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

19-08-2014
 Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017
Fast Track Akselerasiya proqramının qalibləri Silikon vadisi-ndə elan edildi

Fast Track Akselerasiya proqramının qalibləri Silikon vadisi-ndə elan edildi

07-11-2018
“Startup School 3” finalının münsiflər heyəti elan olundu

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025
İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək

Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında iştirak edəcək

03-08-2023
Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

14-11-2025
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026
Azərbaycan startapları xarici investorlara təqdim edilib

Azərbaycan startapları xarici investorlara təqdim edilib

30-10-2022
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024
İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

19-03-2019
Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

02-04-2023
İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025
Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

16-06-2022
Məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə

Məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə

22-11-2022
“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025
 Azərbaycanda Vençur Kapital Fondu yaradılır

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə