Previous Next
Bağla

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016 13:16
Azərbaycan startapları üçün daha bir imkan

Youth Inc.  Biznes İnkubasiya Mərkəzi startapların qəbuluna başlayır.

Youth Inc. Biznes İnkubasiya Mərkəzi öz biznesinə başlamaq istəyən və hazırda startapını inkişaf etdirən gənc sahibkarlar üçün layihələrin qəbulunu elan edir.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə,  gənc sahibkarlar müraciət edərək biznes inkubatorun rezidentinə çevrilə və inkubatorun təklif etdiyi bir çox imkanlardan və xidmətlərdən yararlanmaq şansını əldə edə bilərlər.

Youth Inc. Biznes İnkubasiya Mərkəzi DVC (Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi), Azərbaycan Gənclər və İdman Nazirliyi və Coca-Cola şirkətinin birgə həyata keçirdiyi Youth Inc. proqramı çərçivəsində yaradılıb.

 Mərkəz Azərbaycan gəncləri üçün ilk açıq tipli müstəqil biznes inkubator olaraq 20 gənc sahibkarın eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş və şəhərin mərkəzində yerləşən ödənişsiz ofis məkanı, müvafiq texniki və ofis ləvazimatlarını, internetə çıxış və s. imkanlarını təklif edir.

Gənclərə dəstək baza paketinə daxil olan iş mühiti və infrastruktur ilə yanaşı Youth Inc. rezidentləri marketinq, satış, maliyyə, investisiya və digər sahələrdə mütəxəssis dəstəyi, təlim-tədris proqramı, biznes-şəbəkə və investorlara çıxış imkanından, həmçinin digər xidmətlərdən də yararlana biləcək.

Youth Inc. Biznes İnkubasiya Mərkəzinin rezidenti olmaq üçün namizədlər buradan  müraciət formasını doldurmalıdır. Müraciət formaları hər ayın 25-də Youth Inc.-in ekspertləri tərəfindən qiymətləndiriləcək və perspektivli biznes-ideya və startapların müəllifləri ilkin müsahibəyə dəvət alacaqlar.

Startapların istiqaməti üzrə heç bir məhdudiyyət qoyulmur. Müraciətlər 18-29 yaş arasında olan gənc sahibkarlar üçün açıqdır.

Youth Inc. proqramının iştirakçısı, gotrip.az şirkətinin həmtəsisçisi Vüqar Cəfərzadə qeyd edib ki, onların komandası Youth Inc. proqramı ilə 2 ilə yaxın tanışdır. Komandanın üzvləri proqramın bir sıra təlimlərinin iştirakçısı olub, həmçinin bu yaxınlarda açılışı olan Youth Inc. Biznes İnkubasiya Mərkəzində yaradılmış şəraitlə də yaxından tanış olublar. Onlar inanırlar ki, Mərkəz uğurlu biznez ideyaların reallaşdığı məkana çevriləcək və gənc sahibkarlığın inkişafına lazımi imkan yaradacaq.

V. Cəfərzadə özlərinə inanan və sahibkar olmağa hazırlaşan gənclərin Biznes İnkubator Mərkəzinə müraciət etməyə çağırıb.

Xatırladaq ki, Youth Inc. Biznes İnkubasiya Mərkəzi Azərbaycanda gənc sahibkarlığın inkişafına dəstək olaraq gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif edəcək və ideyalarını həyata keçirmək üçün əsas platformalardan biri olacaq. Youth Inc. proqramı haqqında ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək mümkündür.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni  Biznes İnkubasiya Mərkəzi açılıb

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015
Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016
Startaplar üçün qlobal konqresdə iştirak  imkanı

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016
 Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017
Youth Inc. mükafata layiq görülüb

Youth Inc. mükafata layiq görülüb

07-08-2019
Prezident startaplara dəstəyin vacibliyindən danışıb

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016
Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019
Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019
Gənc sahibkarlar üçün  biznes təlimləri başa çatıb- Foto

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016
Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016
Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019
Gənclər üçün yeni sayt!  WWW.YOUTH-AZ.COM

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008
“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015
Növbəti “Youth to Business Forum”u keçirildi

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015
Startapçılar İsrailli eskpert ilə görüşüb

Startapçılar İsrailli eskpert ilə görüşüb

29-07-2019
Startapçıların nəzərinə: Dünyada tanınmış mentor Bakıdadır

Startapçıların nəzərinə: Dünyada tanınmış mentor Bakıdadır

31-10-2016
Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013
New Generation Pitch Day təşkil olunacaq

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019
 İntellektual startap çempionatı başlayıb

İntellektual startap çempionatı başlayıb

06-10-2017
Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

30-01-2020
Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015
“Financial Innovation Forum 2015”  tədbirinin ikinci günü startaplara  həsr olunub

“Financial Innovation Forum 2015” tədbirinin ikinci günü startaplara həsr olunub

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə