Previous Next
Bağla

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016 11:36
Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

Azərbaycan Gənclər və İdman Nazirliyi və Coca-Cola şirkətinin dəstəyi ilə keçirilən Youth Inc. gənclərin sahibkarlıq proqramı çərçivəsində təşkil olunan “Paylaş! Qazan! Biznesinə Başla!” adlı onlayn müsabiqənin qalibləri müəyyənləşib.

Müsabiqənin ilkin mərhələsində iştirak edən 698 nəfərdən 65-i ideyalarını təqdim edib və final mərhələsində iştirak üçün 9 ideya seçilib ki, nəticədə 4 qalib ideya DVC (Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi) tərəfindən icra olunan Youth Inc. proqramından ilkin investisiya əldə edib.

Xeberler.az-ın məlumatına görə, Youth Inc. Biznes İnkubasiya Mərkəzində baş tutmuş bağlanış və mükafatlandırma mərasimində müsabiqə iştirakçıları ilə yanaşı, proqramın tərəfdaş nümayəndələri də iştirak edib.

Tədbirdə  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və DVC-nin sədri Seymur Hüseynov bildirib ki, gənclərin sahibkarlıq proqramı olan Youth Inc. gənclərdə sahibkarlıq anlayışının və biznes ideyaların formalaşması, inkişafı və icrası üçün xidmət və imkanlar təklif edir:

"Sahibkarlığa maraq göstərən gənclərin axtarışında olan Youth Inc. bu istiqamətdə müxtəlif müsabiqələr, təlim və tədbirlər təşkil edir. Bunlardan biri də “Paylaş! Qazan! Biznesinə Başla!” adlı onlayn müsabiqə oldu. “Biznes ideyanız PAYLAŞıldığı qədər qazandırsın!” şüarına əsaslanan bu layihə gənc sahibkarların biznes ideyalarının geniş ictimaiyyət arasında tanıdılması və onların potensial investorlara təqdim olunması məqdəsi ilə həyata keçirilib”.

Tədbirdə çıxış edən Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib ki, Coca-Cola fəaliyyət göstərdiyi bütün ölkələrdə cəmiyyətin inkişafı istiqamətində uzunmüddətli layihələr həyata keçirir:

"Bu cür layihələrdən biri də gənclərin iqtisadi imkanlarının yüksəldilməsinə xidmət edən Youth Inc. gənclərin sahibkarlıq proqramıdır. Fəaliyyətdə olduğu illər ərzində proqram çərçivəsində minlərlə gənc sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və təcrübə əldə edib. Biz çox şadıq ki, artıq uğurla yekunlaşmış müsabiqə yeni bizneslərin qurulmasına dəstək olacaq.

Bu da ümumilikdə ölkədə yeni iş yerlərinin yaradılmasına və ölkədə gənc sahibkarlığın inkişafına öz töhfəsini verəcək".

 Youth Inc. proqramının koordinatoru Müşviq Həsənovun birbaşa iştirakı ilə icrası və investisiya ehtimalı daha real olan biznes ideyalar müsabiqənin final mərhələsində iştirak üçün seçilib.

Seçilmiş ideyaların müəllifləri ilə görüş təşkil edilərək layihələrin icrası zamanı yarana biləcək iqtisadi, hüquqi, texniki problemlər, ilkin kapitalda çatışmazlıq, bazarın təhlili, investor dəstəyi və s. məsələlər müzakirə edilib.

Növbəti mərhələdə seçimi təsdiqlənmiş ideyalar müvafiq dizayn ilə Youth Inc. rəsmi Facebook səhifəsində istifadəçilərin paylaşım (share) ixtiyarına buraxılıb. Beləliklə, 14 gün ərzində azad və sağlam rəqabət şəraitində 9 ideyanın hər biri bəyənilən şəxslər tərəfindən müxtəlif sayda paylaşılıb ki, bu da ideyaların reallaşması üçün paylaşım sayına uyğun maksimum investisiyanın əldə edilməsində dəstək olub.

Tədbirin sonunda müsabiqənin nəticələrinə görə, ən çox paylaşılan ideya sahiblərinin adları açıqlanıb.

Qaliblər siyahısında Free Wifi layihəsi ilə Teymur Kuseba, Velokuryer layihəsi ilə Tofiq Hidayətzadə, Starbukz layihəsi ilə Kənan Məmmədov və Edu-Map.org layihəsi ilə Rasim Abdurəhmanov yer alıb.

Sözügedən layihə müəllifləri investisiya ilə yanaşı Youth Inc. Biznes İnkubasiya Mərkəzinin imkanlarından faydalana biləcək.

Free WiFi layihəsi şəhərin əsas yerlərində (alış-veriş mərkəzləri, kafe və restoranlar, mərkəzi küçələr və s.) yerləşdirilmiş xüsusi qurğular vasitəsilə internet təminatının həyata keçirilməsini nəzərdə tutur. 

Layihə heç bir şifrə tələb olunmadan 5-10 saniyəlik sosial video çarxı izləməklə limitsiz WiFi-dən istifadəni təmin edir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019

Youth Inc. mükafata layiq görülüb

07-08-2019

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015

İntellektual startap çempionatı başlayıb

06-10-2017

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

30-01-2020

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

Startapçılar İsrailli eskpert ilə görüşüb

29-07-2019

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə