Previous Next
Bağla

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015 21:39
Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Bakıda ilk dəfə Youth Inc. Gənclərin Sahibkarlıq Proqramının Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığı çərçivəsində “IE Venture Day Baku” müsabiqəsi baş tutub.

Xeberler.az bildirir ki, Yüksək Texnologiyalar Parkı bu müsabiqəni Avropanın bir nömrəli biznes məktəbi olan IE Business School ilə birgə həyata keçirib. Daha çox startapçılar və investorlar arasında səmərəli əməkdaşlıq yaradılması məqsədilə təşkil olunan müsabiqədə Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev gənclərin biznes sahəsində aktivliyinin təmin olunması üçün bu cür layihə və müsabiqələrin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan biznes sahəsinə öz uğurları ilə imzalar atacaq.

Tədbirdə Startaplar Braziliya Assosiasiyasının Təhsil və Texnologiya Komitəsinin sədri Nyuton Kampos, Youth Inc. proqramının koordinatoru Müşviq Həsənov, Golden Pay şirkətinin təsisçisi Fərid İsmayılzadə, Venture Lab-ın icraçı direktoru Pari Dö Letra, Pipedrive və Garage48 şirkətinin təsisçisi Ragnar Sass, Facebook şirkətinin Şimali, Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Kliv Ryan, Microsoft Azerbaycan-ın marketinq meneceri Səbinə Pərvizi, Amerika Ticarət Palatasının direktoru Natavan Məmmədova və başqa natiqlər çıxış ediblər, Products & Startups for Code for America şirkətinin direktoru Leyn Beker Mobil və veb texnologiyaların inkişafı – Silikon Vadisindən baxış mövzusunda təqdimat keçirib.

Müsabiqənin əsas iştirakçıları olan investorlar, layihə təqdimatçıları öz layihələrini təqdim edib və layihələrin yarışı keçirilib.

İştirak edən hər ölkədən layihələr seçilib və İspaniyanın paytaxtı Madriddə keçiriləcək final yarışına qatılma şansı qazanıblar. Həmçinin ilk üçlükdə yer alan layihələrə görə fərqli hədiyyələr verilib. Müsabiqədə təqdim olunan layihələrin əksəriyyəti texnologiya sahəsinə aid layihələrdir.

Müsabiqədə iştirak edən ən güclü 12 startap komandasından 5-i Azərbaycanı təmsil edib.

Sonda müsabiqənin qalibləri açıqlanıb. Birinci yerə Belarus komandası olan PAYMENT FIREWALL layiq görülüb. Onlar ödəmə təhlükəsizliyi ilə bağlı layihə təqdim ediblər və Madriddə keçiriləcək final yarışına qatılma şansı qazanıblar.

İkinci yerin qalibi İspaniyanın PAWER komandası olub. Onların layihəsi ev heyvanlarının sağlamlığı ilə bağlı hazırlanmış cihaz olub və İspaniya komandası IE Business School-un təqdim etdiyi proqramlardan birini seçib ödənişsiz təhsil almaq haqqı qazanıblar.

Üçüncü yerin qalibi isə Azərbaycan komandası NOOB olub. Layihə insanın onurğa sütununun düzgünlüyünə yardım edən bir cihazın təqdimatından ibarət olub. Azərbaycan komandası Avropanın partnyor inkubasiya mərkəzlərindən birini seçib 3 ay ərzində inkubasiya müddəti keçə bilmə və ordakı şəraitlərdən istifadə etmə hüququ qazanıb.

 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015
Beynəlxalq müsabiqədə hansı startaplarımız  yarışacaq?

Beynəlxalq müsabiqədə hansı startaplarımız yarışacaq?

19-11-2015
Bakıda beynəlxalq startap müsabiqəsi keçirilir

Bakıda beynəlxalq startap müsabiqəsi keçirilir

03-12-2015
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
 Dünyanın tanınmış  mələk investorları Bakıya gəlir

Dünyanın tanınmış mələk investorları Bakıya gəlir

05-11-2015
Azərbaycanda beynəlxalq startap müsabiqəsi keçiriləcək

Azərbaycanda beynəlxalq startap müsabiqəsi keçiriləcək

08-10-2015
Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
4 startap layihəmiz 10 min üçün yarışacaq

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015
Azərbaycanlı yeniyetmələrin startapı Dünya Çempionatının qalibi oldu

Azərbaycanlı yeniyetmələrin startapı Dünya Çempionatının qalibi oldu

21-07-2023
 Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017
Azərbaycan İKT sahəsində biznes-inkubator şəbəkəsini genişləndirir

Azərbaycan İKT sahəsində biznes-inkubator şəbəkəsini genişləndirir

22-05-2015
“StartUp School 2” layihəsinin  qalibi mükafatlandırılıb

“StartUp School 2” layihəsinin qalibi mükafatlandırılıb

10-12-2024
“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023
Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
Bakıda keçiriləcək beynəlxalq startap müsabiqəsinə qeydiyyat davam edir

Bakıda keçiriləcək beynəlxalq startap müsabiqəsinə qeydiyyat davam edir

22-10-2015
Azərbaycanı təmsil edən “SkyBee” komandası beynəlxalq yarışın qalibi olub

Azərbaycanı təmsil edən “SkyBee” komandası beynəlxalq yarışın qalibi olub

26-08-2024
“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019
Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019
Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016
 Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

07-12-2017
Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018
 Bakı və regionlarda startap turlarına başlanır

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə