Previous Next
Bağla

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016 14:25
Prezident startaplara dəstəyin vacibliyindən danışıb

Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə təşkil olunan ölkə gəncləri ilə görüşündə təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Youth Inc.  proqramı haqqında  məlumat verən proqram meneceri Muşviq Həsənov gənc sahibkarlara yeni imkanların yaradılması və startapların dəstəklənməsi məqsədilə bir neçə təklif irəli sürüb.

Görüş zamanı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində bir çox effektiv tətbirlərin keçirldiyini və nəaliyyətlər əldə edə olunduğunu vurğulayan Müşviq Həsəov qeyd edib:

”Dövət Proqramının digər çox vacib tərəfi gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi idi. Elə Youth Inc.  proqramı da «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı çərçivəsində öz fəaliyyətinə başlayıb. Youth Inc. cəmiyyətin, dövlətin və biznesin effektiv əməkdaşlığı sahəsində  gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirmək üçün həyata keçirilən bir proqramdı. Bu 3 il ərzində proqram vasitəsilə 5000 nəfərə yaxın gənc müxtəlif biznes təlimlərində iştirak edib və bir neçə biznes ideyanın startapları yaradılıb. Bu nümunələr onu göstərir ki Azərbaycanda biznesə başlamaq çox asandi.”

Daha sonra təkliflərini səsləndirən Müşviq Həsənov gənc sahibkarların dəstək fondunun yaradılması, innovasiyalar, startaplar, texnoloji transferi dəstəkləmək ve belə layihələrin inkişafı üçün gənc sahibkarlıq sahəsində fəaliyyət göstərən mərkəzlərin sayının artırılması və kənd təsərrüfatı sahəsində gənc sahibkarlara maliyyə yardımı göstərilməsindən danışıb.

Müzakirə zamanı Cənab Prezident bu ideyaları bəyənib və qeyd edib:

“Vurğuladığınız məsələlər çox vacibdir. Gəncliyimizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Buna görə də bu sahibkarlığın inkişafı üçün çox işlər görülür. Bu günə qədər sahibkarlara güzəştli şərtlərlə 1 milyard 7 yüz milyon manat kredit verilib. Bu ildə isə 250 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Hazırda həm Bakıda həm regionlarda Biznes İnkubatorların yaradılması prosesi gedir. Gənc sahibkarların müəyyən struktur çərçivəsində formalaşması yaxşı ideyadır. Əgər onlara dəstəyin artırılması üçün xüsusi mexanizm lazımdırsa təklif olaraq təqdim edə bilərsiniz.Yaxın zamanda Azərbaycanda bütün istiqamətlər üzrə sahibkarlıq inkişaf etdirilməlidir”

İdeyanın davamı olaraq Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib:

“Gənclər Fondu olaraq Avropaada belə tətbiq olunmayan prosesə başladıq. Hər bir vətəndaşımız bizə  müraciət edərək dəstək ala bilər. Azərbaycan Respublikası öz vətəndaşına inanır və onun ideyalarına investisiyalar yatırır. Ümumilikdə, bu günə qədər 2333 layihə Fond tərəfindən dəstəkləyib. Onu da qeyd edək ki, dəstəklənən layihələr təkcə Bakını deyil, digər regionlarımızı da əhatə edir. Biz istərdik ki, artıq Gənclər Fondu beynəlxalq arenada tanınsın və Müşviq bəyin qeyd etdiyi kimi startaplara da dəstək göstərilməsi növbəti fəaliyyət istiqamətlərimizdən birinə çevrilsin”

Hər iki təklif Cənab Prezident İlham Əliyev tərəfindən dəstəklənib.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin də iştirak etdiyi, 21 aprel 2011-ci il tarixində baş tutmuş Cənab Prezident İlham Əliyevin gənclərlə görüşündə, tərəfimizdən Azərbaycanda gənclər üçün Biznes İnkubatorların yaradılması fikri irəli sürülüb və Cənab Prezident tərəfindən dəstəklənib.

Youth Inc. Biznes İnkubasiya Mərkəzi Azərbaycanda gənc sahibkarlığın inkişafına dəstək olaraq gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif edir və ideyalarını həyata keçirmək üçün əsas platformalardan biridir. "Youth Inc." proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə edə bilərsiniz. Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı Coca-Cola şirkəti, Gənclər və İdman Nazirliyi və DVC arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir. Youth Inc.-in fəaliyyət dövrü ərzində proqram məzunları 8 biznes layihə həyata keçirib, 5 minə yaxın gənc proqram çərçivəsində təlimləndirilib. Youth Inc. Proqramı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkədə gənc sahibkarlara dəstək istiqamətində həyata keçirilən ən uğurlu layihələrdən biridir. 

Xeberler.az

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Youth Inc. mükafata layiq görülüb

07-08-2019

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015

Startapçılar İsrailli eskpert ilə görüşüb

29-07-2019

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013

Gənc liderlər Azərkosmosda olublar

14-01-2020

Biznes İnkubatora yeni iştirakçıların seçimi davam edir

02-02-2016

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

30-01-2020

Gənc sahibkarlara 307,9 milyon manat güzəştli kredit verilib

11-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə