Previous Next
Bağla

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016 13:08
Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

Youth Inc. gənclərin sahibkarlıq proqramı çərçivəsində 100-ə yaxın gəncin iştirakı ilə Gəncədə “Youth Inc. Gənclərin Sahibkarlıq Forumu: Gəncə” adlı tədbir keçirilib.

Xeberler.az-ın məlumatına görə, forum Youth Inc. proqramının koordinatoru Ələkbər Mustafayevin açılış nitqi və sözügedən proqram haqqında təqdimatla başlayıb. Daha sonra Davos forumu formatında təşkil olunan 2 paneldə sahibkarlıqla bağlı iki mövzu müzakirəyə çıxarılıb.

Birinci panelin ekspertləri Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, Yüksək Texnologiyalar Parkı-nın layihələrə dəstək və elmi potensial şöbəsinin rəisi Ülvi Aslanov və gənc sahibkar Orxan Məmmədov “Regionlarda innovativ sahibkarlığın inkişafında dövlətin rolu” mövzusunda çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

İkinci panelin spikerləri Paşa Bank-ın maliyyə analitiki Əli Məmmədzadə, Prosper Digital Agency şirkətinin rəhbəri Süleyman Əliyev və sosial sahibkar Məryəm Məcidova “Kiçik və orta sahibkarlığın regionlarda inkişafı  və özəl sektorun bu sahəyə dəstəyi” mövzusunda fikir mübadiləsi aparıblar.

“Cəmiyyətimiz innovasiya dövründə yaşayır. Hər ideya bir yenilik, bir xidmət sahəsi deməkdir. Müqayisə üçün deyə bilərəm ki, əvvəllər texnika çatışmazlığı və sürətin zəif olması internetdən istifadəni çətinləşdirirdi. İndi isə istədiyimiz informasiyanı mobil telefonlar vasitəsilə asanlıqla əldə edə bilərik. Bu da innovativ inkişafın bariz nümunəsidir”, - deyə Müşviq Cəfərov qeyd edib.

“Gənc yaşlarda insanların beyni daha operativ işləyir, yeni ideyalarla bol olur. Məhz buna görə də biz  gənclərə fokuslanmışıq. Bir gənc xaricdə layihə təqdim edəndə biz sevinirik. Çünki bu, bizim adımızıdır – Azərbaycanın adıdır!”, - deyə Ülvi Aslanov bildirib.

Tədbirin başlıca məqsədi gənclərin inkişafını dəstəkləmək, Youth Inc. proqramının hədəf kütləsini genişləndirmək və yeni biznes ideyalara həyat verməkdir. Forumun yekunlarına əsasən iştirakçılar tərəfindən 35-ə yaxın biznes ideya Youth Inc. proqramına təqdim olunub. Növbəti mərhələdə ideyaların dəyərləndirilməsi və onların həyata keçirilməsində xüsusi təlim, konsultasiyalar vasitəsilə gənclərə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulub.

Youth Inc. proqramı tərəfindən növbəti forum bu ilin avqust ayında ölkənin digər rayonlarında təşkil olunacaq.

Qeyd edək ki, Gəncə şəhəri bu il Avropanın gənclər paytaxtı seçilib.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan startapları üçün daha bir imkan

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019
Youth Inc. mükafata layiq görülüb

Youth Inc. mükafata layiq görülüb

07-08-2019
Prezident startaplara dəstəyin vacibliyindən danışıb

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016
Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016
Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016
Startaplar üçün qlobal konqresdə iştirak  imkanı

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016
Bakıda yeni  Biznes İnkubasiya Mərkəzi açılıb

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015
Gənc sahibkarlar üçün  biznes təlimləri başa çatıb- Foto

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016
Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019
 Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017
Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019
Gənclər üçün yeni sayt!  WWW.YOUTH-AZ.COM

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008
“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015
Növbəti “Youth to Business Forum”u keçirildi

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015
Nar Youth Speak Forumunda iştirak edib

Nar Youth Speak Forumunda iştirak edib

27-05-2019
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
New Generation Pitch Day təşkil olunacaq

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019
Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013
 İntellektual startap çempionatı başlayıb

İntellektual startap çempionatı başlayıb

06-10-2017
Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015
Youth Speak Forum 2019 başa çatıb

Youth Speak Forum 2019 başa çatıb

25-06-2019
“Financial Innovation Forum 2015”  tədbirinin ikinci günü startaplara  həsr olunub

“Financial Innovation Forum 2015” tədbirinin ikinci günü startaplara həsr olunub

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə