Previous Next
Bağla

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016 14:38
Gənc sahibkarlar üçün  biznes təlimləri başa çatıb- Foto

Coca-Cola şirkəti, Azərbaycan Gənclər və İdman Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin (DVC) dəstəyi ilə həyata keçirilən Youth Inc. gənclərin sahibkarlıq proqramı çərçivəsində “Öz biznesinə başla!” silsilə təlimlərin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

 Xeberler.az-ın məlumatına görə, Youth Inc. Biznes İnkubasiya Mərkəzində təşkil olunmuş tədbirdə layihə iştirakçıları, proqramın koordinatorları və tərəfdaşları iştirak ediblər.

2016-cı ilin ilk yarısını əhatə edən “Öz biznesinə başla!” layihəsi çərçivəsində 12 ali təhsil ocağı, bir sıra gənclər təşkilatı, eləcə də bütün ASAN xidmət mərkəzlərində və digər təlim-tədris ocaqlarında 36 təlim keçirilməklə 1 500 gənc sahibkarlığın əsaslarına yiyələnib. Təlimlərin məqsədi gənclərdə biznes ideyalarının formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılması olub.

Təlim iştirakçıları arasından biznes təlimçi – multipleyer adını qazanmış 30-a yaxın gənc seçilib.

Bu gənclər “Öz biznesinə başla!” layihəsi çərçivəsində nəzəri biliklər öyrədilib, həmçinin auditoriya qarşısında çıxış etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək və s. bacarıqlar aşılanıb. Daha sonra öyrəndikləri bilik və bacarıqları nümayiş etdirən biznes təlimçilər fəaliyyətləri dövründə öz həmyaşıdları – universitet tələbələri, gənclər təşkilatları nümayəndələrinin qarşısında çıxış ediblər.

Bağlanış mərasimində çıxış edən DVC-nin proqram direktoru Ələkbər Mustafayev keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb: “Sahibkarlığın inkişafı bugünkü gənclərin bu sahə üzrə bilik və məlumatlılıq dərəcəsi, eləcə də bu sahəyə olan maraq və istəklərindən birbaşa asılıdır. Gəncləri sahibkarlığa həvəsləndirməklə Azərbaycanda bu seqmentin davamlı inkişafı üçün çalışırıq. Düşünürəm ki, bundan sonra da sahibkarlığın inkişafı üçün ölkə gənclərinə diqqət ayırmalı, auditoriya üçün sahibkarlıq mədəniyyətini təbliğ etməli, sahibkarlıq ruhunun aşılanması üçün ilkin biliklər verməliyik”.  

“Sevindiricidir ki, aramızda özünü və ətrafını inkişaf etdirmək istəyən gənclər var. Yeni dərs ilində təlimçilərimiz yeni mövzularla fərqli hədəf qruplarına öz təlimlərini keçəcək. Proqramın koordinatoru olaraq hər bir kiçik nüansı belə diqqətdə saxlayacağıq”, - deyə Youth Inc. proqramının koordinatoru Müşviq Həsənov qeyd edib.

Rəsmi çıxışlardan sonra xüsusi meyarlar, o cümlədən keçirilən təlimlərin sayı, təlimdə iştirakçı sayı, təlim öncəsi və sonrası test nəticələri əsasında aparılan dəyərləndirmənin nəticələri açıqlanıb və bütün iştirakçılar sertifikatla, layihə boyu ən yaxşı nəticə göstərən 2 təlimçi isə dəyərli hədiyyələrlə mükafatlandırılıb.

 “Öz biznesinə başla!” silsilə təlimlərinin bağlanış və mükafatlandırma mərasimini buradan izləyə bilərsiniz.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019

Youth Inc. mükafata layiq görülüb

07-08-2019

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18-11-2017

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017

Regionlarda gənclərin innovativ layihələrinə dəstək göstərilir

24-08-2016

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

Bakcell startaplar üçün təlimlərə başlayıb

28-08-2017

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015

Gənc Beyin layihəsi reallaşdırılıb

08-01-2019

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə