Previous Next
Bağla

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023 12:15
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

“EaPConnect” saytında AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin genişləndirilməsi işlərinin başa çatdığına dair xəbər dərc olunub.

Məlumatda bildirilir ki, Azərbaycanın tədqiqat və təhsil icmasında istifadəçilərin tələblərinə uyğunlaşmaq üçün AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin texniki imkanlarını nəzərdən keçirmək, yenidən qurmaq və genişləndirmək zərurəti yarandığından bu istiqamətdə tədbirlər görülüb.

Mərkəzin sahəsi 35 kv.m-dən 140 kv.m-ə qədər artırılmış və burada daha güclü, yüksək tutumlu soyutma sistemi tətbiq olunub.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev qeyd edib ki, bu dəyişikliklər “EapConnect” layihəsinin 5 benefisiarından biri olan AzScienceNet şəbəkəsinə beynəlxalq elm və təhsil ictimaiyyətində milli elm və təhsil şəbəkəsi kimi fəaliyyətini genişləndirməyə imkan verəcək.

B.Nəbiyevin sözlərinə görə, Mərkəzin genişləndirilməsi Azərbaycanın elm və təhsil ictimaiyyətinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını asanlaşdıracaq və nəticədə Azərbaycanın daha çox universiteti və tədqiqat institutunun AzScienceNet-ə qoşulmasına, GEANT-ın məqsədyönlü və ekspert xidmətlərindən yararlanmasına şərait yaranacaq. Bu yenidənqurma işləri Şəbəkə İdarəetmə Mərkəzi ilə yanaşı, bütün təşkilatın təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynayır. Bundan əlavə, AzScienceNet-in informasiya təhlükəsizliyi sistemləri ilə bağlı görülən işlər hazırda Avropa standartlarına cavab verməklə daha geniş imkanlar təqdim edir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin bəzi xidmətlərinin verilməsində fasilələr yaranacaq

04-08-2022

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

02-07-2025

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

28-09-2022

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə