Previous Next
Bağla

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019 16:07
18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

Xeberler.az bildirir ki, bu barədə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində cari ildə görülmüş işlər haqqında çıxışı zamanı məlumat verib. Direktor müavini bildirib ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir.

AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən R.Ələkbərov AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində işlərinin genişləndirildiyini söyləyən R.Ələkbərov təklif olunan 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürətin AzEduNet şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırıb. Direktor müavini ümumilikdə təklif olunan 1Gbit/san trafikin 80%-ə qədərinin səmərəli istifadə olunduğunu vurğulayıb.

O, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan yaradan LOLA (LOw LAtency audio visual streaming system) texnologiyasının Bakı Musiqi Akademiyasında quraşdırılması və işə salınması işlərinin həyata keçirildiyini bildirib, açılış mərasiminin keçirilməsi üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.

R.Ələkbərov qeyd edib ki, eduGAIN və eduROAM xidmətləri ilə bağlı məsul əməkdaşlara treninqlər təşkil olunmuş və müəyyən sazlama işləri aparılıb: “Hazırda eduGAIN-nın istifadəyə verilməsi üçün işlər aparılır”. O, həmçinin qeyd edib ki, EaPConnect layihəsi çərçivəsində bir sıra avadanlıqlar alınmış, AzScienceNet-in mütəxəssislərinə “Juniper” avadanlıqlarının işə salınması ilə bağlı kursların keçirilməsi üçün işlər aparılmışdır.

Məruzəçi EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər haqqında da məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə 1 Gbit/san  sürətli ehtiyat əlaqə kanalı çəkilmişdir. Cari ilin sentyabr ayının sonunda isə, İnternet trafikin 3 Gbit/san-ə çatdırılması nəzərdə tutulur.

R.Ələkbərov EapConnect  layihəsi çərçivəsində GEANT təşkilatının nümayəndələri ilə hesabat xarakterli  görüşlərin  keçirilməsi  və  yeni  şəbəkə avadanlıqlarının alınması istiqamətində aparılan müzakirələrdən söz açıb, EapConnect layihəsi çərçivəsində telekommunikasiya avadanlıqlarının alınması üçün tender sənədlərinin hazırlanması işlərinin həyata keçirildiyini deyib.

Məruzəçi qeyd edib ki, bununla yanaşı, GEANT tərəfindən təşkil olunan konfranslarda, iclaslarda, görüşlərdə, treyninqlərdə mütəmadi olaraq iştirak etmiş, o cümlədən sentyabrın 12-də Gürcüstanın Tbilisi şəhərində bu ölkənin Elm və Təhsil Şəbəkəsinin (GRENA) 20 illik yubileyində iştirak etmiş, “EaPConnect 2” layihəsinin növbəti 5 il üçün təsdiq olunmasına dair hazırlıq işləri görülmüşdür. Həmçinin oktyabrın 20-də keçiriləcək Moldova Tədqiqat və Təhsil Şəbəkələşmə Assosiasiyasının (Research and Educational Networking Association of Moldova, RENAM) 20 illik yubileyində iştirak planlaşdırılır.

“EaPConnect E-İnfrastructure Conference”a (EaPCEC 2020-Baku) hazırlıq işlərinə başlanıldığını deyən R.Ələkbərov bu məqsədlə 6-7 noyabr 2019-cu il tarixlərində GEANT-ın nümayəndə heyəti ilə Bakıda ilk görüşün keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

19 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub

15-01-2020

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

28-09-2022

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

28-09-2022

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə