Previous Next
Bağla

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017 11:32
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

Məlumdur ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsi AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir

Şəbəkə ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçıların bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (Gigabit European Advanced Network Technology – GEANT) milli operator statusunda üzvlüyə qəbul olunmuşdur. AzScienceNet şəbəkəsi GEANT-da ölkəmizi yeganə səlahiyyətli qurum kimi təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurur.

AzScienceNet 2016-cı ildən GEANT assosiasiyası tərəfindən İnternetə 1 Gbit/san sürətlə çıxış imkanı əldə edib ki, bu da yüksəksürətli genişzolaqlı şəbəkə vasitəsilə elmi bazalara çıxışı və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verir.

Məlumat verdiyimi kimi, bir müddət öncə  AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin təhsil müəssisələrinin AzscienceNet-in xidmətlərindən istifadəsi məsələsi müzakirə olunmuş, AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında işgüzar əməkdaşlıq əlaqələri qurulub.

Xeberler.az bildirir ki, əməkdaşlıq çərçivəsində hazırda ölkənin 10 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulması təmin olunub.

Qeyd edilib ki,  bu da həmin ali məktəblərin tələbələri, alim və mütəxəssisləri, doktorant və dissertanlarının AzScienceNet və Data Mərkəzin xidmətləri ilə yanaşı, həm də GEANT beynəlxalq şəbəkəsinin xidmətlərindən istifadəsinə, dünya elminə inteqrasiyasına imkan yaradacaq.

Məlumata görə, yaxın gələcəkdə daha bir neçə ali və orta ümumtəhsil məktəbinin AzScienceNet şəbəkəsinə qoşulması nəzərdə tutulur. 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015
İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023
Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017
Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017
İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025
18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019
İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015
AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016
AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

28-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə