“Azərbaycanın “Wikipedia” açıq ensiklopediyasında təmsil olunması, bu resursda Azərbaycana qarşı aparılan informasiya müharibəsinin xarakteri, coğrafiyası, kimlər tərəfindən aparılması ilə bağlı institutda müzakirələr oldu. Qərara aldıq ki, biz bu sahədə fəaliyyətimizi artırmalıyıq”. Bu sözləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.
O bildirib ki, “Wikipedia” çox geniş internet şəbəkəsi olduğu üçün Azərbaycan orada yüksək səviyyədə təmsil olunmalıdır: “Əks halda, bu boşluğu Azərbaycanın düşmənləri dolduraraq bizim əleyhimizə iş görür, informasiya müharibəsi aparırlar. Son zamanlar Azərbaycan “Wikipedia”da fəallaşıb. 2007-ci ildə orada ölkəmizlə bağlı 3000 resurs olduğu halda, indi 49 mindir. Bu göstərici yaxşıdır, hətta yazıların sayına görə Azərbaycan Ermənistanı qabaqlayıb.
Amma buna baxmayaraq, yeni-yeni materialların “Wikipedia”da yerləşdirilməsi sürətləndirilməlidir”. R. Əliquliyevin sözlərinə görə, 2001-ci ildə təsis olunan, yanvarın 15-də yaradılmasının 10 ili tamamlanan “Wikipedia” istifadəçilərin sayına görə dünyadakı təxminən 250 min veb-sayt arasında ilk beşliyə düşüb. Hazırda “Wikipedia”da 17 milyon məqalə var. Hər ay “Wikipedia”nın resurslarına 440 milyon müraciət olur, orta hesabla 17 milyard səhifə oxunur. Bu informasiya resursunda təxminən 270 xalq və etnik qrupun informasiyası var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri