Previous Next
Bağla

Azərbaycanda pikap və elektromobillər buraxılacaq

13-06-2022 12:44
Azərbaycanda pikap və elektromobillər buraxılacaq

Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.

Xeberler.az bildirir ki, bu barədə  Zavodun da daxil olduğu "Cahan Holdinq"in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib. Onun sözlərinə görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib: "Əgər şirkət təsdiq edərsə, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən bir neçə ehtiyat hissəsi də istifadə edilə bilər".

O qeyd edib ki, ildə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, F. Hüseynov bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: "Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır".

O bildirib ki, istehsalın artırılması Bakıda elektromobillər üçün infrastrukrun genişləndirilməsindən asılı olacaq: "Bakıda elektrikdoldurma məntəqələrinin artırılması planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə addımlar atacağını gözləyirik".

Elektromobillərin servis məsələsinə gəlincə, F. Hüseynov bildirib ki, artıq "Cahan Motors" Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, "Lifan" avtomobillərin yığılmasını həyata keçirib.

Hazırda isə zavodda yeni “FAW” modellərinin istehsalı aparılır.

(Apa)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

04-10-2018

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

17-11-2010

Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

11-11-2010

Azərbaycan «Cip» avtomobilləri istehsal edəcək

29-10-2010

Azərpoçt Khazar SD markalı avtomobillər alacaq

28-11-2018

Azərbaycanda ilk dəfə elektrikli avtomobillərin sərgisi keçiriləcək

02-03-2023

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda ehtiyat DATA Mərkəzi yaradılacaq

23-12-2022

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023

Panasonic Çində yeni zavod açır

26-12-2015

Ekspertlər elektromobillərin gələcəyini necə görürlər?

27-12-2010

Azərbaycanın hərbi xadiminin 120 illiyi ilə bağlı poçt markası hazırlanıb

11-08-2015

Naxçıvanda Data Mərkəz inşa ediləcək

11-01-2024

“Panasonic”dən maraqlı addım

10-11-2010

Google sürücüsüz avtomobillərin icarəsi üzrə şirkət yaradacaq

17-12-2015

Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

20-09-2023

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Hindistanda “iPhone 12”nin istehsalına başlanacaq

21-08-2020

“Apple” Hindistanda “iPhone” zavodu açıb

30-04-2025

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Bakıda ilk rəsmi “Rolls-Royce motor cars” texniki servis mərkəzi açılıb

13-11-2015

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018

Netbook markası üstündə çəkişmə bitdi

05-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə