Previous Next
Bağla

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016 20:44
Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

Xeberler.az məlumat verir ki, sənəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə qərara alınıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

“ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:  

elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

elektron vizanın üç iş günü müddətində verilməsi;

elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

“ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

  elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.   Müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.  

Azərbaycan Xarici İşlər Nazirliyi “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etməlidir, vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir, elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir, elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə “Sərhəd keçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görməlidir. 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etməli, “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

18-01-2017

Azərbaycanda elektron viza ilə bağlı yeni qaydalar tətbiq olunacaq

11-11-2016

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza” sistemində yenilik

15-05-2017

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

ASAN Viza-nın facebook səhifəsi NETTY2019-un qalibi olub

22-06-2019

Yerli vətəndaşlara da ASAN Viza veriləcək

31-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə