Previous Next
Bağla

Son 5 il ərzində ölkənin İT sektoru təqribən 2,2 dəfə genişlənib

03-11-2015 10:59
Son 5 il ərzində ölkənin İT sektoru təqribən 2,2 dəfə genişlənib

 Azərbaycanda İKT infrastrukturunun inkişafı və genişləndirilməsi ilə yanaşı, hökumət tərəfindən İT istehsalına və tətbiqinə də xüsusi diqqət yetirilir. Azərbaycanın İT sektorunda xidmət və ticarət sferaları, eyni zamanda İT istehsal sahəsi üzrə inkişaf var.

Xeberler.az məlumat verir ki, son 5 il ərzində ölkənin İT sektoru təqribən 2,2 dəfə genişlənib. 2014-cü ildə isə ölkənin İT sektoru əvvəlki illə müqayisədə 14,9 faiz artmışdır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 19,2 faiz, xidmət-ticarət sahəsi isə 80,8 faiz təşkil edir. İT sektoru üzrə gəlirlərin ölkənin İKT sektorunda xüsusi çəkisi 11 faiz təşkil edir və bu rəqəm ilbəil artmaqdadır.

Ölkəmizdə müasir İKT məhsul və xidmətlərinin istehsalının genişləndirilməsi həmişə qarşımızda duran prioritet məqsədlərdən olub.

Bu sahədə rəqabət şəraitinin inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi və biznes mühitinin cəlbediciliyinin artırılması üzrə həyata keçirdiyimiz işlər müsbət nəticələr verib. Qeyd edək ki, hazırda yerli istehsalçı şirkətlər geniş çeşiddə İKT məhsulları, o cümlədən kompüter və ofis texnikası, ehtiyat hissələri, periferiya avadanlıqları və proqram həllərini təqdim edirlər. Məsələn, Mingəçevir şəhərində yaradılmış KÜR zavodu eyni adlı ticarət markası altında ümumtəhsil məktəbləri və ev təsərrüfatları üçün fərdi kompüterlər, dövlət və biznes qurumları üçün müxtəlif kompüter texnikası istehsal edir.

KÜR populyar milli brenddir. Digər yerli şirkət Ultra, NEXUS ticarət nişanı altında fərdi kompüter və noutbukların, həmçinin Azpad markalı planşetlərin istehsalını uğurla həyata keçirir.

Bunlarla yanaşı, AZEL şirkətinin Lazer markalı monitorları, noutbuk və kompüter aksesuarları da yerli istehsaldır. R.İ.S.K. şirkətinin işləyib hazırladığı PANDA yeni nəsil proqram təminatları toplusu isə müxtəlif xarici ölkələrin aeronaviqasiya xidmətləri sahəsində geniş tətbiq edilir.

Bununla belə hesab olunur ki, bu sahənin imkanları genişdir və ixraca yönəlmiş innovativ məhsul və xidmətlərin istehsalının artırılması üçün yeni addımlar atılmalıdır.

Əgər ixracyönlü, ölkə iqtisadiyyatına töhfə verə biləcək biznes layihələri olarsa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onların gerçəkləşdirilməsinə dəstək verməyə hazırdır. Artıq belə bir nümunə var. Ölkə başçısının müvafiq fərmanı ilə KÜR zavodunun bazasında yaradılmış Mingəçevir Yüksək Texnologiyalar Parkında dünyanın tanınmış ACER şirkətinin kompüter avadanlıqlarının istehsalına başlanılıb.

Burada istehsal olunan məhsullar həm daxili tələbat, həm də ixrac üçün nəzərdə tutulacaq. Xatırladaq ki, ölkədəki texnologiya parklarının rezidentləri bir çox vergidən azaddır. Mingəçevir Yüksək Texnologiyalar Parkında kompüter avadanlıqlarının istehsalı ilə bağlı idxal olunan qurğular isə Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli qərarı ilə idxal gömrük rüsumundan da azad edilib. Bu təcrübənin genişləndirilməsi nəzərdə tutulur və investorlardan maraqlı təkliflər olarsa, analoji layihələrin həyata keçirilməsinə maraq göstərilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015
Acer-in bütün avadanlıqları Azərbaycanda da istehsal ediləcək

Acer-in bütün avadanlıqları Azərbaycanda da istehsal ediləcək

02-12-2015
Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

08-12-2015
Azərbaycanda Lenovo kompüterlərin istehsalı nə vaxt başlayır?

Azərbaycanda Lenovo kompüterlərin istehsalı nə vaxt başlayır?

18-07-2017
Azərbaycanda Lenovo kompüterlərin də istehsalı başlayır

Azərbaycanda Lenovo kompüterlərin də istehsalı başlayır

01-05-2017
Azərbaycanda 2 min yeni Acer noutbuku istehsal edilib

Azərbaycanda 2 min yeni Acer noutbuku istehsal edilib

02-10-2017
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

25-04-2023
Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

07-12-2021
Azərbaycanda kompüter istehsalı 75 faiz artıb

Azərbaycanda kompüter istehsalı 75 faiz artıb

28-09-2015
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

19-06-2023
Azərbaycanda kompüter istehsalı azalıb

Azərbaycanda kompüter istehsalı azalıb

09-01-2023
İKT avadanlıqların istehsalı artıb

İKT avadanlıqların istehsalı artıb

15-08-2015
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

22-11-2025
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

28-03-2023
Xarici investorların Azərbaycana cəlb edilməsi üçün proqram hazırlanır

Xarici investorların Azərbaycana cəlb edilməsi üçün proqram hazırlanır

11-06-2018
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

22-05-2023
Azərbaycanda kompüter məhsulların istehsalı artıb

Azərbaycanda kompüter məhsulların istehsalı artıb

17-11-2022
Azərbaycanda kompüterlərin istehsalı artıb

Azərbaycanda kompüterlərin istehsalı artıb

25-11-2017
Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

25-01-2017
Ölkədə kompüter və elektron məhsulların istehsalı artıb

Ölkədə kompüter və elektron məhsulların istehsalı artıb

18-12-2017
Azərbaycanda kompüter istehsalı kəskin artıb

Azərbaycanda kompüter istehsalı kəskin artıb

31-07-2023
Azərbaycan sentyabrda kompüter istehsalını artırıb

Azərbaycan sentyabrda kompüter istehsalını artırıb

16-10-2025
Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

10-09-2019
Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

04-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə