Previous Next
Bağla

Azərbaycanda "Andersen lab" beynəlxalq İT şirkətinin mərkəzi açılıb

11-09-2025 11:04
Azərbaycanda "Andersen lab" beynəlxalq İT şirkətinin mərkəzi açılıb

Bu gün “Andersen Lab”ın Azərbaycanda rəsmi mərkəzinin açılışı olub.

Xeberler.az bildirir ki, mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində fəaliyyətə başlayıb.

Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dən çox mütəxəssisi olan şirkət ötən ilin oktyabr ayından etibarən ölkəmizdə texnopark rezidenti statusu ilə fəaliyyət göstərir.

Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov mərkəzin və layihənin əhəmiyyətindən bəhs edib. Daha sonra “Andersen Lab” şirkətinin təsisçisi Aleksandr Komiç və vitse-prezidenti Denis Astaçpeniya mərkəzin fəaliyyəti və proqramın istiqamətləri barədə təqdimatla çıxış edib.Tədbirdə, həmçinin şirkətin hökumətlə əlaqələr üzrə baş direktoru Kiril Rudi də iştirak edib.

Yeni açılan mərkəz gənclərə nəzəri biliklərlə yanaşı, əsasən real layihələr üzərində işləmək imkanı yaradır. Burada gənc mütəxəssislər biliklərini təcrübə ilə möhkəmləndirə, beynəlxalq səviyyədə tələb olunan bacarıqlar qazana bilirlər. Mərkəz, eyni zamanda, “Andersen Lab” əməkdaşlarının Azərbaycandakı rəsmi iş yeri funksiyasını da yerinə yetirir. Mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına dəstək vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq, xüsusilə də İKT xidməti ixracını gücləndirməkdir.

Hazırda mərkəzdə həyata keçirilən ən böyük təşəbbüslərdən biri “IT SkillsBridge” proqramıdır. Bu proqram çərçivəsində iştirakçılar "Java", "JavaScript" üzrə proqramlaşdırma, biznes analitikası, keyfiyyətə nəzarət, "DevOps", mobil proqramlaşdırma və layihə idarəetməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Layihəyə ümumilikdə 14 mindən çox müraciət qeydə alınıb, seçim prosesindən sonra 210 nəfər təlimlərə qəbul edilib. “Andersen Lab” şirkətində iş yeri ilə təmin olunan müvafiq iştirakçılarla əmək müqavilələri bağlanıb, həmçinin təqaüdlər verilməkdədir. Proqramı sona qədər tamamlayacaq 100 nəfər mütəxəssis “Andersen Lab” şirkətində fəaliyyətlərini davam etdirəcək və şirkət tərəfindən reallaşdırılan qlobal layihələrin iştirakçıları olacaqlar. Proqram iştirakçılarının 30 faizi qadın, 70 faizi isə kişilərdir. Yaş bölgüsünə görə, iştirakçıların yarısı 20–25 yaş arasında, 30 faizi 25–30 yaş arasında, 20 faizi isə 30–35 yaş arasında təmsil olunub.

Bu proqram azərbaycanlı İT mütəxəssislərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək, ölkənin qlobal rəqəmsal xidmət bazarına sürətli inteqrasiyasına şərait yaradacaqdır. Nəticədə, İKT xidmətlərinin ixracının genişlənməsinə və həyata keçirilən layihələr sayəsində ölkəmizə maliyyə vəsaitlərinin daxilolmalarının artmasına müsbət təsir göstərəcək.

“Andersen Lab”ın təşəbbüsü dövlət və özəl sektor əməkdaşlığının uğurlu nümunəsi hesab olunur. Layihə gənclərin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə və Azərbaycanın regional, eləcə də qlobal rəqəmsal mərkəz kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır

11-06-2025

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

“İOT Lab”-ın ali məktəb nümayəndələri üçün açılışı olub

28-06-2019

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

Azercell Azercell-Lab ödənişli təcrübə proqramını elan edir

07-05-2019

İRİA-nın 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

03-02-2026

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026

Azercell növbəti əmək yarmarkasında iştirak edib

30-10-2019

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

07-02-2020

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

12-01-2022

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Nazir müavini: Rəqəmsal transformasiya milli prioritetdir

01-09-2025

NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

02-10-2021

"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17-12-2025

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

13-09-2024

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

24-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə