Previous Next
Bağla

İRİA-nın 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

03-02-2026 07:47
İRİA-nın 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Tədbirdə Agentliyin ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticələri ictimaiyyətə təqdim olunub.

Xeberler.az bildirir ki, mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış edərək 2025-ci ilin yekunları barədə ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşma sahəsində 2025-ci ilin ən önəmli hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq olunmasıdır və Agentliyin rəqəmsal inkişaf istiqamətində fəaliyyəti bu konseptual yanaşmaya əsaslanır: “Konsepsiyanın mərkəzində “Rəqəmsal Azərbaycan” anlayışı dayanır və bu yanaşma rəqəmsal inkişafı rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes olmaqla üç əsas sütun üzərində formalaşdırır. Bu infrastrukturun əsasını isə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) təşkil edir” 

Konfransda təqdim olunan məlumatlara əsasən, 2025-ci il ərzində dövlət qurumlarında rəqəmsallaşmanın səviyyəsinin qiymətləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib, informasiya ehtiyatları və informasiya sistemləri təhlil olunub. Nəticə etibarilə Agentlik tərəfindən rəqəmsal inkişaf arxitekturasının formalaşdırılması istiqamətində mərhələli işlər görülüb və 25 dövlət qurumu ilə birgə rəqəmsallaşma üzrə 17 Yol Xəritəsi hazırlanıb. Eyni zamanda, qanunvericilik sahəsində görülən işlərlə bağlı da məlumat verilib. 

Bildirilib ki, 2025-ci ildə “mygov” platforması üzərindən təqdim edilən rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. İl ərzində platformadan istifadə edən şəxslərin sayı ötən dövrün sonu ilə müqayəsədə 2,3 dəfə artırılaraq, ümumi istifadəçi sayı 2 milyonu ötüb. “mygov” platforması vasitəsilə təqdim edilən rəqəmsal sənədlərdən istifadə sayı cari ildə 2 dəfədən çox artaraq 2,6 milyona, rəqəmsal xidmətlərdən istifadə sayı isə 17 dəfə artaraq 366 minə çatıb.

Eyni zamanda, “mygov ID” funksional imkanlarının və inteqrasiya mühitinin genişləndirildiyi, platformaya 100-dən çox dövlət və özəl informasiya sisteminin inteqrasiya olunduğu qeyd edilib. Hesabat ili ərzində “mygovID”-ə 800 minə yaxın yeni istifadəçi qoşulub, ümumi istifadəçi sayı isə 5 milyonu keçib. 

Çıxış zamanı ölkədə innovasiya ekosisteminin inkişafı ilə bağlı əldə olunan nəticələr də diqqətə çatdırılıb. Belə ki, ötən il ərzində 300-dən çox işlək məhsul (MVP) yaradılıb, sahibkarlıq mühitinin dəstəklənməsi məqsədilə 40-a yaxın inkubasiya və akselerasiya proqramı təşkil olunub. Eyni zamanda innovasiya infrastrukturunun genişləndirilməsi çərçivəsində Naxçıvan Dövlət Universitetində və Gəncə Aqrar Universitetində İnnovasiya Mərkəzləri, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Araşdırma və İnkişaf laboratoriyası fəaliyyətə başlayıb. 

2025-ci il ərzində Texnoparkda 43 yerli və 4 xarici şirkət olmaqla ümumilikdə 47 şirkət qeydiyyat şəhadətnaməsi alıb. 2023-cü ildən 2025-ci ilin sonunadək isə 155 yerli və 10 xarici şirkət olmaqla ümumilikdə 165 şirkət Texnoparkda qeydiyyatdan keçib. 

Cari ildə Texnoparka rezident olan şirkətlərin İKT məhsullarının, həmçinin Agentliyin rəqəmsal hökumət məhsul və xidmətlərinin Orta Asiya və Afrika ölkələrinə ixracı istiqamətində əməkdaşlıq davam etdirilib.

Həmçinin, rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan EPAM Systems Azərbaycanda fəaliyyətə başlayıb. Nümayəndəlik yalnız əməliyyat funksiyalarını yerinə yetirməyəcək, eyni zamanda innovasiya mərkəzi kimi fəaliyyət göstərərək irimiqyaslı rəqəmsallaşma layihələrinin icrasını təmin edəcək. 

Qeyd olunub ki, rəqəmsal səriştələrin gücləndirilməsi və İKT üzrə kadr potensialının artırılması istiqamətində də mühüm nəticələr əldə edilib. Agentliyin həyata keçirdiyi proqramlar çərçivəsində 500-dən çox iştirakçı müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb. “Andersen Lab” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “IT SkillsBridge” təcrübə proqramı çərçivəsində ilkin mərhələdə114 nəfər intensiv təlimlərə cəlb olunub, cari mərhələdə isə 138–149 nəfər iştirakçı təlim prosesində iştirakını davam etdirib. Həmçinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 200 məzun hazırlanıb. 

Konfransda Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində nüvə tədqiqatları sahəsində görülən işlərə də toxunulub. Bu sahədə elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi məqsədilə bir sıra təşəbbüslərin həyata keçirildiyi bildirilib. 

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026
Fərid Osmanov: "MyGovID" bütün əsas sistemlərə inteqrasiya edilib"

Fərid Osmanov: "MyGovID" bütün əsas sistemlərə inteqrasiya edilib"

02-02-2026
İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025
"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

27-11-2025
MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

09-06-2026
“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

10-06-2026
"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025
ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

12-08-2025
Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

02-02-2026
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025
Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025
AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026
RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025
“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024
“my.gov”un aylıq aktiv istifadəçilərinin sayı 2 milyona çatıb

“my.gov”un aylıq aktiv istifadəçilərinin sayı 2 milyona çatıb

19-11-2025
MEDİA-nın Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

MEDİA-nın Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

17-12-2025
İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024
 İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

16-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə