Previous Next
Bağla

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026 18:26
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan "IT SkillSprint"in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova və "Ironhack" şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər. Çıxışlarda bildirilib ki, proqramın əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi hədəflənir.

Proqrama müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunun II yarımilində təhsil alan, universitetə 400 və daha yüksək balla qəbul olunmuş 123 tələbə seçilib. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub.

Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və DevOps istiqamətlərini əhatə edir. Tədris hibrid təhsilalma formasında təşkil olunacaq. Proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər keçəcəklər. "Bootcamp" modelində nəzərdə tutulan tədris prosesi tələbələrə real layihələr üzərində işləmək və peşəkar portfel formalaşdırmaq imkanı yaradacaq.

Bununla yanaşı, proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan "Ironhack" şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

Proqram 2026-cı ilin fevral–iyul aylarını əhatə etməklə ümumilikdə 6 ay davam edəcək. Bu müddət tələbələrin ali təhsil müəssisələrindəki bakalavr təhsilinin bir hissəsi hesab olunacaq və iştirakçıların müvəffəqiyyət göstəriciləri (akademik kreditləri) universitetlər tərəfindən tanınacaq. Beləliklə, tələbələr digər fənlərdən azad olunaraq yalnız bu tədris proqramına fokuslana biləcəklər.

Qlobal texnologiya tədris şirkəti olan "Ironhack" 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günədək 25 000-dən çox mütəxəssis yetişdirən şirkətin məzunlarının 75%-i proqramı bitirdikdən sonra işlə təmin olunub. Hazırda həmin məzunlar 800-dən çox qlobal şirkətdə fəaliyyət göstərirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

Azercell tələbələrlə görüşüb

14-10-2017

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024

Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

14-05-2026

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

“Digital LevelUP” proqramının üçüncü dalğasına qeydiyyat başlayıb

07-08-2025

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025

"QS 2026" qlobal reytinqinə daxil olan universitetlər təltif olunub

04-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə