Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023 / 20:11

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Xeberler.az-ın məlumatına görə, KOBİA-ya istinadən verdiyi məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 94-ə çatıb.

“Startap” şəhadətnamələri "Schoolplus" MMC-nin onlayn təhsil platforması, "Bağ evim" MMC-nin bağ evlərinin kirayəsi üzrə onlayn platforması, "Drakaris" MMC-nin “Yiğim” ödəniş sistemi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://bit.ly/3LYdUkn


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə