“Azərbaycanda e- imzalar imzalanma tarixini daha dəqiq göstərir”

14-11-2016 / 11:54

Belçikanın paytaxtı Brüssel şəhərində  Eap.Trust və Təhlükəsiz Şəbəkələri üzrə (1st Workshop of the EaP.Trust and Secure Network) ilk seminar keçirilib.

Xeberler.az məlumat verir ki, seminarda Avropanın Şərq tərəfdaşı olan Azərbaycan  da daxil olmaqla 6 ölkənin və Avropa İttifaqından Estoniya, Litva, Finlandiya, Lüksemburqun nümayəndələri iştirak edib.

Seminarın keçirilməsində məqsəd Şərq tərəfdaşı olan ölkələrin kibertəhlükəsizlik mexanizmlərinə, habelə, həmin ölkələrin milli kibertəhlükəsizlik strategiyalarının inkişafına dəstək verməkdir.

Seminar iştirakçıları elektron identifikasiya və autentifikasiya xidmətləri (e-İDAS) və kibertəhlükəsizlik sahəsində məruzələrlə çıxış ediblər.

Seminarın ilk günü elektron identifikasiya və rəqəmsal imza mövzularına aid məruzələrə həsr olunub. Məlumat Hesablama Mərkəzi nəzdində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov tədbirdə iştirak edib.

O, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi və 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilən “Asan İmza” Mərkəzinin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. 

Tədbir çərçivəsində  Azərbaycanın elektron imza təcrübəsi yüksək qiymətləndirilib və digər ölkələrdəki elektron imzalardan fərqli olaraq imzalanma tarixinin daha dəqiq göstərilməsi xüsusi qeyd edilib.

Qeyd edək ki, Sertifikat Xidmətləri Mərkəzində vaxt göstəricilərinin dəqiqliyini  təmin  etmək üçün müasir imzalanma sistemi  fəaliyyət göstərir.

Seminarın ikinci günü “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) panelində tədbirlər planı və Şərq tərəfdaşlığına aid dövlətlər arasında imzalanacaq memorandum layihələri müzakirə edilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə