Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

09-04-2015 / 18:51

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) əməkdaşları Bakı Slavyan Universitetində tələbələrlə görüş keçiriblər.

BSU-dan Xəbərlər-ə bildirilib ki, mərkəzin şöbə müdiri İlqar Abdullayev görüşün əsas mahiyyətindən danışıb, “Elektron hökumət” portalı barədə gənclərə ətraflı məlumat verib. Bildirilib ki, portal vətəndaşların gündəlik sosial problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır, bu da sağlam sosial mühitin formalaşmasına xeyli təsir göstərir. Portalın xidmətlərindən istifadə etməklə əlavə vaxt və vəsait itkisinin qarşısı alınır.

MHM-nin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov qurumun Açıq Açar İnfrastukturundan söhbət açaraq elektron imza və onun üstünlükləri, yeni nəsil şəxsiyyət vəsiqələri, habelə elektron imzanın təhlükəsizlik modulları və digər məsələlərdən danışıb. Qeyd edilib ki, coğrafi, sosial-iqtisadi şərtləri fərqli olan fərdlər və təşkilatların elektron informasiya sisteminə daxil olma imkanları müxtəlif olur, bu isə məlumat almanın əsas problemidir. E-imza bu problemin həlli istiqamətində böyük paya malikdir.

İnteraktiv şəkildə davam edən tədbir çərçivəsində gəncləri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
                                                                                        

Məltəm Talıbzadə                                                                                  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə