Previous Next
Bağla

“Azərbaycanda internetə senzura tətbiq edilir”

12-09-2016 11:03
“Azərbaycanda internetə senzura tətbiq edilir”

“Azərbaycanda internetə senzura tətbiq edilir”.

Xeberler.az bildirir ki, bunu Media üzrə eskpert Azər Həsrət öz Facebook səhifəsində bildirib.

Ekspert CityNet provayderinin xidmətlərində ciddi problemlə qarşılaşdığını deyib.

Belə ki, Azər Həsrət bildirir ki, CityNet internet provayderi artıq neçə gündür ki, rəsmən senzura tətbiq edir. Onun sözlərinə görə, bu provayder üzərindən AiləTV-nin xidmətlərini almaq olmur, bu fəaliyyət CityNet üzərinən qadağan edilib:

“Ulu öndər Heydər Əliyev ölkədə hər cür senzuranı hələ 1998-ci ilin 6 avqustunda ləğv etmişdi. Prezident İlham Əliyev də bütün fəaliyyəti boyu buna sadiq davranır. Yəni, dövlət başçısı heç bir senzuranın tətbiq olunmasına imkan vermir. Amma CityNet adında internet provayderi özbaşına artıq neçə gündür ki, rəsmən senzura tətbiq edir. Bu provayder üzərindən AiləTV-nin xidmətlərini almaq olmur. Yasaqlayıblar! Az öncə zəng etmişəm, deyirlər ki, bu, şirkətlər arası problemdən qaynaqlanır. İzah etdim ki, əgər mən sizdən internet alıramsa, o kanal üzərindən hansı xidmətləri seçmək kimsənin müdaxilə edə bilməyəcəyi hüququmdur. Əgər müdaxilə edilirsə, bunun adı senzuradır. Bu isə o deməkdir ki, referendum təşviqatı gedən günlərdə, üstəlik də Qurban bayramı günlərində belə təxribata yol vermək olmaz. Bunun adı sadəcə olaraq Prezidentin siyasətini sabotaj etməkdir”.

Xatırladaq ki, bir müddət əvvəl CityNet Nar tərəfindən satın alındı və Delta Telecom-un xidmətlərindən imtina etdi. Hazırda Nar-CityNet adı ilə fəlaiyyət göstərən provayder Azərtelecom-dan internet alır.

Bildiyimiz kimi, Azərbayacana interneti əsasən iki şirkət, Delta Telecom və Azərtelekom şirkətləri gətirir. Qonşu ölkələri də internetlə təmin edən Delta Telecom şirkəti ölkə internetinin 90%-ni təmin edir. 

Məlumat verdiyimiz kimi, bu satınalmadan sonra istifadəçilər tez-tez CityNet-in xidmətlərindən narazılıqlarını bildirir.

 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CityNet problemə aydınlıq gətirib

15-09-2016

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

CityNet Delta Telecom-dan imtina edir ?

19-02-2016

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

“CityNet"dən 20 faizədək endirim

20-05-2022

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

25-09-2025

“CityNet" yeni internet saytını istifadəyə verdi

23-01-2023

Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

27-04-2016

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

İnternet provayder Hesab.az portalına qoşuldu

05-11-2014

Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

01-06-2024

"CityNet" 1+1 kampaniyasına start verdi

31-07-2023

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022

“CityNet" yeni sərfəli tarifini təqdim edir

02-03-2022

“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır

08-12-2025

“CityNet"dən Payız kampaniyası

15-09-2021

CityNet yeni nəsil TV platformasını təqdim edib

26-05-2025

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

“CityNet”dən əlverişli Payız kampaniyası davam edir

06-10-2021

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

18-04-2024

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə