Previous Next
Bağla

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016 13:11
 CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

Məlumat verdiyimiz kimi, bir müddətdir istifadəçilər CityNet provayderinin xidmətlərində ciddi problemlə qarşılaşdığını bildirir.

Qeyd edilir ki, Azərbaycanda internetə senzura tətbiq edilir.

Əksər istifadəçilərin sözlərinə görə, provayder üzərindən AiləTV-nin IP TV xidmətlərini almaq olmur, bu fəaliyyət CityNet üzərinən qadağan edilib.

Xeberler.az olaraq bir müddət öncə problemin səbəbi ilə maraqlanmışdıq.

CityNet proyavderi məsələ ilə bağlı bildirmişdi ki,  bir müddət CityNet-də profilaktik işlər həyata keçirilib. Bu səbədən də istifadəçilər problemlə qarşılaşıb.

Şirkət qeyd etmişdi ki, hazırda provayder üzərindən Ailə TV-nin xidmətlərini əldə etməklə bağlı heç bir problem yoxdur.

Lakin son günlər məsələ yenidən gündəmə gəlib.

Proyavderin istifadəçiləri Xeberler.az-a bildirir ki, şirkət bu problem aradan qaldırmayıb və onlar hələ də şirkətin xidmətlərində ciddi problemlə qarşılaşırlar.

Qeyd edək ki, əvvəllər belə bir problem bəzi proveyderlərdə də yaşanmışdı.

Belə ki, UniNet, SuperOnline, Smart və CityNet provayderləri Ailə TV-nin yeni xidmətini qeyri-qanuni olaraq bloklamışdı.

Xeberler.az-ın məlumatına görə, son günlər qeyri-qanuni bloklamadan şikayət edən istifadəçilərin sayı hədsiz çoxalıb.

Ekspertlər də vurğulayır ki, Telekommunikasiya haqqında qanununun 19.2 bəndində göstərilib ki, qanunvercilikdə nəzərdə tutulan hallar istisna olmaqla heç bir halda belə məhdudiyyətlər tətbiq oluna bilməz.

Əldə etdiyimiz məlumata görə, son günlərdə yaşanan problemləri nəzərə alaraq gələn həftə bu  sahə ilə bağlı aidiyyatı qurumların bir araya gəlib, məsələ ilə bağlı geniş toplantısı nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət əvvəl CityNet Nar tərəfindən satın alındı Delta Telecom-un xidmətlərindən imtina etdi. Hazırda Nar-CityNet adı ilə fəlaiyyət göstərən provayder Azərtelecom-dan internet alır.

Bildiyimiz kimi, Azərbayacana interneti əsasən iki şirkət, Delta Telecom və Azərtelekom şirkətləri gətirir. CityNet DeltaTelekom -dan imtina edənədək DeltaTelekom şirkəti ölkədə internet təchizatının 90%-ni həyata keçirirdi.

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CityNet problemə aydınlıq gətirib

15-09-2016

“Azərbaycanda internetə senzura tətbiq edilir”

12-09-2016

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Provayderlər Ailə TV-ni blokdan çıxarır

05-05-2015

Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015

Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

04-05-2015

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

25-09-2025

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

"CityNet" 1+1 kampaniyasına start verdi

31-07-2023

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

“CityNet"dən 20 faizədək endirim

20-05-2022

CityNet Delta Telecom-dan imtina edir ?

19-02-2016

“CityNet" yeni internet saytını istifadəyə verdi

23-01-2023

“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır

08-12-2025

Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

01-06-2024

Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

27-04-2016

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022

CityNet yeni nəsil TV platformasını təqdim edib

26-05-2025

“CityNet" yeni sərfəli tarifini təqdim edir

02-03-2022

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

İnternet provayder Hesab.az portalına qoşuldu

05-11-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə