Previous Next
Bağla

CityNet problemə aydınlıq gətirib

15-09-2016 10:45
CityNet problemə aydınlıq gətirib

Bir müddət əvvəl məlumat verdiyimiz kimi, media üzrə eskpert Azər Həsrət öz Facebook səhifəsində CityNet provayderinin xidmətlərində ciddi problemlə qarşılaşdığını bildirmişdi.

Azər Həsrət qeyd etmişdi ki, Azərbaycanda internetə senzura tətbiq edilir. Onun sözlərinə görə, provayder üzərindən AiləTV-nin IP TV xidmətlərini almaq olmur, bu fəaliyyət CityNet üzərinən qadağan edilib.

CityNet proyavderi məsələyə aydınlıq gətirib.

Provayderdən əldə etdiyimiz məlumata görə, bir müddət CityNet-də profilaktik işlər həyata keçirilib. Qeyd edilib ki, eskpertin problemlə üzləşdiyi vaxt Ailə TV-nin istifadəçilərinin provayder üzərindən yüklənmə vəziyyəti yoxlanılırmış. CityNet bildirir ki, hazırda provayder üzərindən Ailə TV-nin xidmətlərini əldə etməklə bağlı heç bir problem yoxdur.

Məlumatda o da bildirilib ki, bu məsələdə birdəfəlik anlaşma əldə etmək üçün Ailə TV ilə məsələni müzakirə edilərək razılaşma əldə olunmalıdır. Çünki Ailə TV-nin xidmətlərini əldə etmək üçün CityNet-in infrastrukturundan, kanalından istifadə edilir.

Bununla belə, ekspertlər bildirir ki, istənilən halda internet üzərindən hansısa xidmətlərin əldə olunmasına blok qoyulması yolverilməzdir və qanunvericiliyin tələblərinin pozulmasıdır. Ümid edirik ki, hər iki tərəf bu məsələdə razılşa biləcək.

Qeyd edək ki, əvvəllər belə bir problem bəzi proveyderlərdə də yaşanmışdı.

Belə ki, UniNet, SuperOnline, Smart və CityNet provayderləri Ailə TV-nin yeni xidmətini qeyri-qanuni olaraq bloklamışdı.

Ekspertlər vurğulayır ki, Telekommunikasiya haqqında qanununun 19.2 bəndində göstərilib ki, qanunvercilikdə nəzərdə tutulan hallar istisna olmaqla heç bir halda belə məhdudiyyətlər tətbiq oluna bilməz.

Bir müddət əvvəl CityNet Nar tərəfindən satın alındı və Delta Telecom-un xidmətlərindən imtina etdi. Hazırda Nar-CityNet adı ilə fəlaiyyət göstərən provayder Azərtelecom-dan internet alır.

Bildiyimiz kimi, Azərbayacana interneti əsasən iki şirkət, Delta Telecom və Azərtelekom şirkətləri gətirir. CityNet DeltaTelekom -dan imtina edənədək DeltaTelekom şirkəti ölkədə internet təchizatının 90%-ni həyata keçirirdi.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016
“Azərbaycanda internetə senzura tətbiq edilir”

“Azərbaycanda internetə senzura tətbiq edilir”

12-09-2016
Provayderlər Ailə TV-ni blokdan çıxarır

Provayderlər Ailə TV-ni blokdan çıxarır

05-05-2015
CityNet artıq Delta Telecom-dan internet almır

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016
Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015
Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

04-05-2015
“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

25-09-2025
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
“CityNet"dən 20 faizədək endirim

“CityNet"dən 20 faizədək endirim

20-05-2022
"CityNet" 1+1 kampaniyasına start verdi

"CityNet" 1+1 kampaniyasına start verdi

31-07-2023
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016
Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016
 “CityNet" yeni internet saytını istifadəyə verdi

“CityNet" yeni internet saytını istifadəyə verdi

23-01-2023
İnternet provayder Hesab.az portalına qoşuldu

İnternet provayder Hesab.az portalına qoşuldu

05-11-2014
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

01-06-2024
Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

27-04-2016
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır

“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır

08-12-2025
CityNet yeni nəsil TV platformasını təqdim edib

CityNet yeni nəsil TV platformasını təqdim edib

26-05-2025
“CityNet" yeni sərfəli tarifini təqdim edir

“CityNet" yeni sərfəli tarifini təqdim edir

02-03-2022
CityNet Delta Telecom-dan imtina edir ?

CityNet Delta Telecom-dan imtina edir ?

19-02-2016
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

18-04-2024
CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022
CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023
“CityNet"dən Payız kampaniyası

“CityNet"dən Payız kampaniyası

15-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə