İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla,digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.
Xeberler.az bildirir ki, “Plug and Play” ilə başladılan əməkdaşlıq iki istiqamətdə reallaşdırılacaq. Startapların spesifik sektorlar üçün texnoloji həllər təklif etdiyi platforma təsis ediləcək, bundan əlavə Silikon vadisində baş tutacaq “Plug and Play” Sammiti ilə yekunlaşan hibrid proqram yaradılacaq.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov əməkdaşlığın ekosistem üçün yeni imkanlar yaradacağını bildirib: “İRİA-nın “Plug and Play” ilə əməkdaşlığı çərçivəsində startaplar qlobal ekosistemin imkanlarına daha geniş çıxış əldə edə biləcəklər. Bura investor şəbəkəsi, akselerasiya və mentor dəstəyi proqramları daxildir”.
Qeyd edək ki, “Plug and Play” qlobal miqyasda 60-dan çox məkanda, 550-dən artıq korporativ və dövlət sektorunda olan tərəfdaşlarla fəaliyyət göstərir. Platformanın innovasiya fəaliyyəti 25-dən çox sənaye sahəsini əhatə edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları