Previous Next
Bağla

Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

01-12-2025 10:58
Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

Rəqəmsallaşma dəmir yollarında hərəkətin tənzimlənməsində, yüklərin izlənərək nəzarətdə saxlanılmasında mühüm rol oynayır. Bununla yanaşı, sərhədlərdən keçərkən sənədləşmə işi asan və tez başa gəlir.

Xeberler.az məlumat verir ki, bunu Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin layihələr və marketinq üzrə direktoru Asem Muhamediyeva deyib. O bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqəmsallaşması zəruridir. Rəqəmsallaşma marşrutla yükdaşımaların həcmini artırmaqla yanaşı, onun inkişafına da təsir göstərər.

“Son 5 il ərzində Qazaxıstan ərazisindən tranzit yükdaşımaları 5 dəfə artaraq 1,4 TEU-ya çatıb. Xüsusi artım Trans-Xəzər marşrutu ilə daşınan yüklərdə müşahidə olunur. Çindən yükdaşıma 33 dəfə artıb”, - deyə o əlavə edib. A.Muhamediyeva bildirib ki, Cəmiyyətin rəqəmsal sistem tətbiq etməsi nəticəsində 2025-ci ilin ötən dövrü ərzində 1 200 şirkət yüklərin daşınması üçün müraciət edib. Yükləri daşımaq üçün sifarişlərin artması iş həcmini də artırır və buna görə də rəqəmsal sistemin tətbiqi artıq zərurətə çevrilib.

“Trans-Xəzər marşrutu həm də onunla səmərəlidir ki, Çindən Avropaya daşınan yüklər artıq 35-40 günə deyil, 25 günə mənzil başına çatdırılır. Ötən il Qazaxıstan Çinin Sian limanında terminal inşa edərək istismara verdi ki, bunun da nəticəsində Trans-Xəzər marşrutu ilə Çindən Avropaya konteyner daşımaları mütəmadi hal alıb”, - deyən “KTZ Express”in nümayəndəsi nəzərə çatdırıb ki, Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanı yükləri qəbul edib Cənubi Qafqaza və Avropaya yola salır.

“Trans-əfqan nəqliyyat dəhlizi tam formalaşdıqdan sonra Qazaxıstanın, Cənubi Qafqazın və Avropanın Hindistanla nəqliyyat əlaqəsi daha da genişlənəcək ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji əhəmiyyətini artıracaq”, - deyə müsahibimiz vurğulayıb. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orta Dəhliz boyunca rəqəmsal platforma yaradılır

13-03-2024

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

27-06-2024

Prezident: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

15-05-2026

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

22-05-2021

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

24-11-2023

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

Fiber-optik rabitə xətlərinin tikintisi 2022-ci ilədək başa çatacaq

17-09-2019

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatacaq

06-01-2026

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

02-03-2026

Xəzəryanı ölkələr rəqəmsallaşma məsələlərini müzakirə edəcək

31-10-2024

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

16-06-2023

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019

Xəzər Universitetində yeni məlumat sisteminin təqdimatı keçiriləcək

29-10-2015

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə