Azərbaycanda ödəniş şirkətinin rəhbəri dəyişib

13-01-2023 / 12:21

“CİB Pay” ödəniş sisteminin baş icraçı direktoru dəyişib.

Xeberler.az Banker.az-a istinadən xəbər verir ki, Valid Sadıxov Fuad oğlu şirkətə rəhbər təyin edilib. Bu vəzifəsə o Rəşad Nəzərov Əlihüseyn oğlunu əvəzləyib.

“CIB” ödəniş sistemi, yaxud “CİB Pay” MMC 2022-ci ilin əvvəlinə qədər ölkənin prosessinq mərkəzi olan “Milli Kart” MMC-yə məxsus idi və ilin əvvəlindən “FinDynemix” MMC alıb.

Valid Sadıxov ana şirkət “FinDynemix” MMC-də kommersiya direktoru idi. İndi o digər şirkət “CIB Sığorta Agentliyi” MMC-yə də rəhbərlik edəcək.

O bundan öncə isə “Komtec LTD” MMC-də (indiki PashaPay) çalışıb.

Xatırladaq ki, “FinDynemix” 2019-cu ildə təsis edilib, onun nizamnamə kapitalı isə 592 000 manat təşkil edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə