Previous Next
Bağla

Azərbaycanda Startap Portalı yaradılır

26-10-2016 16:52
Azərbaycanda Startap Portalı yaradılır

2017-ci ilin birinci yarısında Azərbaycanın Startap Portalının yaradılması planlaşdırılır.

Belə ki, portal ölkədə startap hərəkatının bünövrəsini qoyan, startap infrastrukturun fromalaşmasında mühüm rol oynayan, hazırda ən mötəbər yarışma olan Startap Azərbaycan Respublika müsabiqəsinin, Startap Günləri resurslarının bazasında yaradılacaq.

Portalın Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, portal Startap Azərbaycanın rəsmi resursu olan Startup.az ünvanında fəaliyyət göstərəcək.

 Portal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə yaradılacaq.

Qeyd edilib ki, Azərbaycanın startap hərəkatı davamlı olaraq inkişaf edir və zamanın tələblərinə uyğun olaraq startup.az artıq daha geniş sferada startaplar sahəsində infromasiya və xidmət portalı kimi fəaliyyət göstərəcək.

Startap Azərbaycan müsabiqəsi, Startap Günləri isə portalın bir tərkib hissələri olacaq.

Portal Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləyən, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların Tərəfdaşı statusunda fəaliyyət göstərəcək.

Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında Startup.az bir platforma olmağı nəzərdə tutur.

Yeni yaradılacaq portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdirəcək.

Portalda mühüm yeniliklərdən biri isə Azərbaycan startaplarının bazasının yaradılmasıdır. Belə ki, tətbiq olunacaq funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcək.

Daha maraqlı yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının (Startapda iş) yaradılmasıdır. Hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək.

Bu yanaşma startaplara komanda formalaşdırmağa, mütəxəssislərə isə maraqlı startaplara qoşulmağa imkan verəcək.

“İnvestor” bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək.

Digər bölmələrin yaradılması ilə yanaşı portalda həmçinin məzmuna xüsusi diqqət yetiriləcək. Startaplara aid yerli və beynəlxalq tədbirlər, tədris proqramları, xəbərlər, məqalələr, müsahibələr startapda mütamadi olaraq yerləşdiriləcək.

Daha mühüm yenilikdən biri də startaplara zəruri olan müxtəlif servislərin portalda xüsusi bölmədə yerləşdirilməsidir. Biznesdə ilk addımlarını atan startaplar onlara zəruri olan servislər haqqında məlumatları daha rahat formada əldə edəcək.

Qeyd edək ki, portal 2 dildə- Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. 

“Startup.az bazasında portalı yaratmaqda məqsəd Azərbaycanın startap ekosisteminə “giriş darvazasını” yaratmaqdır. İndiyidək belə bir internet resursun olmaması, faktiki olaraq bu istiqamətdə çalışanları digərlərin fəaliyyəti haqqında məlumatsız edirdi. Portalda startap bazasının hazırlanması və hər bir yeni komandanın özü haqqında Azərbaycan miqyasında bəyan etməsi davamlı olaraq innovasiyalı biznesin inkişafına xüsusi dəstək olacaq. Bununla yanaşı, bəzi həm texniki, həm də təşkilati addımların atılması nəzərdə tutulub”, - deyə Təşkilat Komitəsi Startup.az portalının zəruriliyi haqqında öz mövqeyini bildirib.

Portalın yaradılması ilə bağlı layihəyə Startap Azərbaycan komandasından Fərid Kazımov rəhbərlik edir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın Startap Portalı yaradıldı

17-05-2017

Startap Azərbaycan portalı və vaxt istifadəyə veriləcək?

24-01-2017

Ekspert: Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar?

14-10-2022

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Startap Günlərində iştirak etməklə nə qazanacaqsınız?

23-11-2016

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

“Startap Azərbaycan 2015” -in yekun tədbirlərinin proqramı açıqlandı

08-05-2015

Gəncədə startap tədbirləri keçiriləcək

19-10-2016

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

22-02-2018

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Startap Azərbaycan komandası Əli Abbasovla görüşəcək

01-07-2015

Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

25-01-2024

KoçSistem startap bazarına yeniliklər gətirir

08-12-2015

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə