Previous Next
Bağla

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016 13:51
Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

Startap Azərbaycan layihəsi çərçivəsində bölgələrdə gənclərlə görüşlər davam edir.

Belə ki, bu dəfə Mingəçevirdə startap və İT biznes fəaliyyəti ilə maraqlanan gənclərlərlə görüş keçiriləcək.

Bu barədə Xeberler.az-a Startap Azərbaycan-ın Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, görüş aprelin 12-də Mingəçevir Dövlət Univesitetində baş tutacaq.

Tədbirdə Azərbaycanda startap ekosisteminin inkişafı, Startap Azərbaycan haqqında, startap müsabiqələri barədə gənclərə məlumat veriləcək.

Qeyd edək ki, görüşdə Startap Azərbaycan komandasının üzvləri, İT ekspertlər, startapçılar və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak edəcək.

İT-in İnkişafı Dövlət Fondunun nümayəndələri də Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında danışacaq.

 Qeyd edək ki, görüşdə Mingəçevirdə fəaliyyət göstərən kolleclər və bu sahə ilə maraqlanan gənclər də iştirak edə biləcək.

Xatırladaq ki, ötən gün rabitə və yüksək texnologiyalar nazri Ramin Quluzadənin iştirakı ilə Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzinin açılışı olub.

Startap Azərbaycan bundan əvvəl Gəncədə belə görüş təşkil edib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşüb- Fotolar

13-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startap ekosistemin qurumları bir araya gələcək

28-04-2016

Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

03-04-2015

Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Fotolar

02-04-2015

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015

Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

07-04-2015

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016

Startap Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

31-03-2015

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə