Previous Next
Bağla

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015 11:10
Bu gün “Startap  Azərbaycan  2015”  Müsabiqəsinə qeydiyyat başa çatır

Startap Azərbaycan Təşkilat Komitəsindən Xəbərlər.az-a verilən məlumata görə,  bu gün müsabiqəyə  qeydiyyat başa çatır.

Fevralın 1-dən başlayan müsabiqəyə indiyədək 33 startap layihəsinin təqdim edildiyi bildirilir.

Qeyd edək ki,  bu il ilk dəfə olaraq xüsusi nominasiyalar, Elektron Hökumət Portalı və GoMap Layihələri üzrə də mobil tətbiqlər müsabiqəyə qəbul edilib.
Startap Azərbaycan Müsabiqəsində 1-ci mərhələ qiymətləndirmə prosesinin  bu həftə başlanacağı  da bildirilib.

Məlumatda qeyd olunub ki,  “Startap  Azərbaycan  2015“ müsabiqəsində iştirak edən startap komandaları üçün aprelin 11-də  YT Parkda təlimlər təşkil olunacaq.  

Məlumata görə, təlimdə startap komandaları   biznes-planların yazılması, onların investorlar üçün  təqdimatlar hazırlaması,  komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə etmə imkanı qazana biləcəklər.
Təlim prosesində  yerli  İT ekspertləri ilə yanaşı, beynəlxalq ekspertlər də iştirak edəcək.

Onu da qeyd edək ki, təlimlərdən sonra 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq  yarımfinala çıxan startaplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim edəcəklər.  2-ci mərhələ səsvermədə startapların ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlarla çıxış etmələri nəzərdə tutulub.

Ekspertlər startapların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında “Startap Azərbaycan”-ın finalçılarını müəyyən edəcəklər.

Bununla yanaşı, “Startap Azərbaycan “ tədbirlərinin yekununda finalçıların investorlarla qapalı görüşləri təşkil olunacaq. Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq. Həmçinin qalib startaplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.

Yeni Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər isə əlavə olaraq xüsusi mükafatlar da alacaqlar.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. 

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startap Azərbaycan-a dəstək verirlər.

"Startap Azərbaycan 2015"-in  iştirakçıları üçün keçiriləcək  təlimin proqramını aşağdakı linkdən əldə bilərsiniz:

http://startup.az/news_details.php?id=74

 Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

09-04-2015

Startap komandaları üçün təlimlər başladı

11-04-2015

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

“Startap Azərbaycan 2015” müsabiqəsinin qalibləri sabah elan olunacaq

14-05-2015

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

“Startup Azərbaycan 2015” Müsabiqəsi davam edir

18-02-2015

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə