Previous Next
Bağla

Azərbaycanda tanınmayan fizika-riyaziyyat elmləri doktoru Azər Kərimov kimdir?

16-06-2023 14:46
Azərbaycanda tanınmayan fizika-riyaziyyat elmləri doktoru Azər Kərimov kimdir?

Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil alan azərbaycanlı tələbə Abutalıb (Barış) Namazovun sosial şəbəkə hesabında Türkiyədə çalışan azərbaycanlı riyaziyyatçı alim Azər Kərimovla bağlı paylaşımı ötən gündən bəri müzakirələrə səbəb olub.

A.Namazov qeyd edib ki, təhsil aldığı ştatda tələbələrlə gəzintiyə çıxarkən ona yaxınlaşan türkiyəli şəxs azərbaycanlı alimlə bağlı xoş sözlər deyib, məhz bu alim sayəsində Azərbaycanı çox sevdiyini dilə gətirib. Azər Kərimovdan Türkiyədə Bilkent Universitetində dərs aldığını söyləyən gənc azərbaycanlı alimi çox ziyalı, alicənab, gözəl qəlbi olan, dürüst bir elm adamı kimi təqdim edib, Türkiyədə ondan dərs alan tələbələrin mühazirələrə qatılmaq üçün yenidən qeydiyyata düşdüklərini bildirib. O, həmçinin alimin Azərbaycanda o qədər də tanınmamasından təəssüf hissi keçirdiyini vurğulayıb.

Bəs Azərbaycanda o qədər də tanınmayan Azər Kərimov kimdir?

Fizika-riyaziyyat elmləri doktoru olan Azər Kərimov Türkiyədə İhsan Doğramacı adına Bilkent Üniversitetinin professorudur. Qardaş ölkədə yüzlərlə riyaziyyatçının yetişməsində əməyi olan alim, həm də Türkiyə Riyaziyyat Olimpiadaları Komitəsinin sədridir.

O, 1961-ci ildə şair Əli Kərimin ailəsində dünyaya gəlib. Orta təhsilini Moskvada fizika-riyaziyyat məktəbində alıb. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirib. 30 ildən çoxdur ki, Türkiyədə yaşayır və fəaliyyət göstərir.

Alim 2001-ci ildən bəri hər ay Bilkent Universitetinin veb saytında “Ayın riyazi problemi”ni yayımlayır. Onun bu ideyası dünyanın müxtəlif yerlərindən olan riyaziyyatçıların diqqətini cəlb edir. İndi hər ay bütün dünyada riyaziyyat həvəskarları A. Kərimovun hazırladığı riyazi məsələni həll etmək üçün bir-biri ilə yarışırlar.

Azərbaycanda o qədər də tanınmasa da, Türkiyə mətbuatında riyaziyyatçı alimlə bağlı məqalələrə rast gəlinir. Həmin materiallarda qeyd olunur ki, 1990-cı ildə Türkiyənin Beynəlxalq Riyaziyyat Olimpiadasındakı yeri qənaətbəxş deyildi. Bürünc medal alan məktəblilər uğurlu sayılırdı. Azərbaycanlı riyaziyyatçı alimin də ciddi dəstəyi sayəsində bu sahədə qısa müddətdə xeyli irəliləyiş olub. 1999-cu ildə qazanılmış ilk qızıl medaldan sonra Türkiyə komandası dünyanın sayılan komandaları sırasına daxil ola bilib.

 

 

Veysəloğlu Şirkətlər Qrupu iyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə xalq artistləri, əməkdar artistlər, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edib.

Konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunur.

Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq 26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub.

Ölkəmizdə böyük əks-səda doğurmuş konsertdən, sponsorlar və bilet satışından öncədən proqnozlaşdırılandan da artıq – 171 257 manat vəsait toplanıb. Toplanan vəsait hesabına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.

Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!

https://www.youtube.com/watch?v=f_1dM5oKHqk

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tanınmış riyaziyyat müəllimi vəfat edib

17-01-2017

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021

Azərbaycanlı qızlar dünyanın ən yaxşı texnologiya universitetinə qəbul olub

15-03-2023

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimizin uğuru

18-07-2023

Riyaziyyatçılar üçün müsabiqə keçiriləcək

15-09-2017

Filds medalının 2022-ci il qaliblərinin adları açıqlanıb

18-07-2022

ADPU komandaları “Robotex Azərbaycan Avrasiya Çempionatı”nın qalibi olublar

05-05-2025

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025

Orta məktəblərdə riyaziyyat düzgün tədris olunur?

09-12-2017

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə