Previous Next
Bağla

Filds medalının 2022-ci il qaliblərinin adları açıqlanıb

18-07-2022 12:36
Filds medalının 2022-ci il qaliblərinin adları açıqlanıb

Bu il Filds medalı ilə ukraynalı Marina Vyazovskaya, fransız Hüqo Duminil-Kopen, britaniyalı Ceyms Meynard və amerikalı Cun Ha təltif ediliblər.

Xeberler.az bildirir ki, Marina Vyazovskaya ədədlər nəzəriyyəsi, Hüqo Duminil-Kopen ehtimal nəzəriyyəsi, Cun Ha cəbri həndəsə və kombinatorika, Ceyms Meynard isə analitik ədədlər nəzəriyyəsi üzrə tanınmış riyaziyyatçılardır.

Riyaziyyat üzrə Nobel mükafatı da adlandırılan Filds medalı hər 4 ildən bir yaşı 40-dan çox olmayan 2, 3 yaxud 4 riyaziyyatçıya verilir. Mükafat fondu 15000 Kanada dollarıdır. Medal ilk dəfə 1936-cı ildə fin riyaziyyatçısı Lars Alforsa və amerikalı riyaziyyatçı Cessi Duqlasa verilib və 1950-ci ildən bəri dörd ildən bir verilir. Ümumilikdə 64 nəfər Filds medalı ilə təltif edilib. Fizika üzrə iki fəlsəfə doktoru (Edvard Vitten və Martin Hayrer) istisna olmaqla, yalnız riyaziyyat üzrə fəlsəfə doktoru olan şəxslər medal qazanıblar. Fransız riyaziyyatçısı Jan-Pyer Serr Filds medalının ən gənc (28 yaşında) sahibi olub.

Filds mükafatının builki qaliblərinin adları əvvəlcə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan, lakin Ukraynadakı müharibə ilə əlaqədar olaraq onlayn rejimdə keçirilən Beynəlxalq Riyaziyyat Konqresində açıqlanıb. Filds medalının mükafatlandırma mərasimi və mükafatçıların çıxışı Finlandiyanın Helsinki şəhərində baş tutub və canlı yayımlanıb.

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin professoru, 37 yaşlı Marina Vyazovskaya çoxəsrlik riyazi problemi həll etdiyinə görə bu mükafata layiq görülüb. Marina isbat edib ki, “E8 qəfəsi 8 ölçülü fəzada identik sferaların ən sıx qablaşdırılmasını təmin edir”. O, həm də “Furye analizində ekstremal və interpolyasiya məsələlərinə əlavə töhfələr verdiyinə görə” təltif edilib. Marina (Məryəm Mirzəxanidən sonra) bu mükafata layiq görülən ikinci qadın riyaziyyatçıdır. O, həm də (Vladimir Drinfelddən sonra) Ukraynada anadan olan və bu mükafata sahib olan ikinci şəxsdir. Marina Vyazovskaya bakalavr təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetində, magistr təhsilini isə Kayzerslautern Universitetində tamamlamışdır.

37 yaşlı Hüqo Duminil-Kopen, Fransanın riyaziyyat və nəzəri fizika üzrə ixtisaslaşmış Ali Elmi Araşdırmalar İnstitutunun və Cenevrə Universitetinin professorudur. O, “statistik fizikada faza keçidlərinin (xüsusilə üç və dörd ölçülü) ehtimal nəzəriyyəsinin uzun müddət həll olunmayan problemlərinin həllinə görə” bu mükafatla təltif edilib. Münsiflər heyətinin fikrincə, bu töhfə bir neçə yeni elmi tədqiqat istiqamətinə yol açıb. Hüqo Duminil-Kopen Paris-Cənub Universitetini bitirmişdir.

Böyük Britaniyanın Oksford Universitetinin professoru, 35 yaşlı Ceyms Meynard isə Filds mükafatına “sadə ədədlərin strukturunun anlaşılmasında və Diofant yaxınlaşmasında böyük irəliləyişlərə səbəb olan analitik ədədlər nəzəriyyəsinə verdiyi töhfələrə görə” layiq görülüb. O, bakalavr və magistr təhsilini Kembric Universitetində almışdır.

ABŞ-ın Prinston Universitetinin professoru, koreya əsilli 39 yaşlı Cun Ha isə “Hodc nəzəriyyəsini kombinatorikaya gətirdiyinə, həndəsi qəfəslər üçün Daulinq-Vilson hipotezini isbat etdiyinə, matroidlər üçün Heron-Rota-Uelş hipotezini isbat etdiyinə, Lorents çoxhədlilər nəzəriyyəsini inkişaf etdirdiyinə və güclü Meyson hipotezini isbat etdiyinə görə” mükafatlandırılıb. Cun Ha bakalavr və magistr təhsilini Seul Milli Universitetində almışdır.

mathunion.org

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023

Tanınmış riyaziyyat müəllimi vəfat edib

17-01-2017

Orta məktəblərdə riyaziyyat düzgün tədris olunur?

09-12-2017

Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

14-05-2018

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimizin uğuru

18-07-2023

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

12-03-2021

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

11-09-2024

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə