Previous Next
Bağla

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023 09:03
Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bu günə qədər 107 internet operator və provayderini uçota alıb.

Xeberler.az bu barədə nazirliyə istinadən xəbər verir.

Qurum bəyan edib ki, uçotdan keçməyən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirəcək, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunacaq. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayacaq.

Növbəti mərhələdə İKTA uçot prosesi zamanı toplanmış məlumatları, o cümlədən internet telekommunikasiya sahəsində göstərilən xidmətlərin növləri, abunəçilərlə bağlanmış müqavilələrin minimum tələblərə uyğunluğu, fəaliyyətin əhatə dairəsi, əlaqə vasitələri, eləcə də veb-saytların müştəriyönümlü olması və məlumatlılığı kimi parametrlər üzrə təhlillər aparılacaq, onları vizual formada sistemləşdirəcək və qiymətləndirəcək.

İKTA-nın Nizamnaməsi ölkə prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

Azərbaycanda uçota alınan internet operator və provayderlərinin sayı açıqlanıb

03-06-2025

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Azərbaycanda iki internet provayderi cərimələnib

15-03-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə