Previous Next
Bağla

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026 15:28
İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçotunun ləğv olunmasını təmin edib.

Xeberler.az bildirir ki, İKTA-nın apardığı araşdırma zamanı Cəmiyyətin internet
telekommunikasiya xidməti göstərən provayder kimi uçota alınması məqsədilə təqdim etdiyi sənədlərdə sonradan yanlış məlumatlar əlavə olunduğu aşkarlanıb.

Qeyd olunan hal Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na əsasən uçotun ləğvi üçün birbaşa hüquqi əsas yaratdığından, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq inzibati akt qəbul edib və “Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən operator kimi uçotu ləğv olunub.

İKTA internet xidmətlərindən istifadə zamanı abunəçilərin hüquqlarının və maraqlarının qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır və abunəçilərə yalnız qanunvericiliyə uyğun olaraq uçota alınmış operator və provayderlərin xidmətlərindən istifadəni tövsiyə edir. Uçota alınmamış operator və provayderlərin xidmətindən istifadə onun davamlılığına, keyfiyyətinə və istehlakçı hüquqlarının qorunmasına ciddi risklər yarada, eyni zamanda şikayət və hüquqi müdafiə mexanizmlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınmadan fəaliyyət göstərməsi yolverilməzdir və bu hal mövcud qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Agentlik xəbərdarlıq edir ki, uçota alınmamış internet provayderləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək. Belə ki, uçota alınmadan internet telekommunikasiya xidməti göstərən hüquqi və fiziki şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbirlər tətbiq edilə, onların fəaliyyəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Abunəçilərə xidmət müqaviləsi bağlamazdan əvvəl operator və provayderin rəsmi uçot statusunu NazirliyinİKTA-nın internet informasiya ehtiyatları vasitəsilə yoxlamaları tövsiyə olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023
İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024
Azərbaycanda üç provayderin uçotu ləğv olundu

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024
Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023
Provayderlərin uçotunun aparılması qaydasına dəyişiklik edilib

Provayderlərin uçotunun aparılması qaydasına dəyişiklik edilib

03-05-2018
Uçota alınan internet provayderlərin sayı artdı

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025
Provayderlərə xəbərdarlıq edildi

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024
Azərbaycanda internet provayderi cərimələnib

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026
İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025
Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023
İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025
Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024
Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023
Azərbaycanda uçota alınan internet operator və provayderlərinin sayı açıqlanıb

Azərbaycanda uçota alınan internet operator və provayderlərinin sayı açıqlanıb

03-06-2025
İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025
İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026
Azərbaycanda hökumət provayderlərlə bağlı dəyişiklik edib

Azərbaycanda hökumət provayderlərlə bağlı dəyişiklik edib

17-09-2018
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024
Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023
Hökumət bu qaydalara dəyişiklik etdi

Hökumət bu qaydalara dəyişiklik etdi

15-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə