Previous Next
Bağla

Azərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiqlənib

09-08-2016 12:30
Azərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiqlənib

 Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları"nı ləğv edib və "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları"nı təsdiqləyib.

Xeberler.az bildirir ki, bu qaydalar Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir. Mərkəzi Bank tərəfindən hər növbəti ilin yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır. Fövqəladə hallar zamanı AZIPS və XÖHKS-də fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir. Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə iki saatdan gec olmayaraq AZIPS və XÖHKS-də fəaliyyətin bərpa edilməsi nəzərdə tutulmalıdır.

Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi heyətinin fövqəladə hal aradan qaldırılanadək fəaliyyətinin davam etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı 7 iş günü müddətində Mərkəzi Banka yazılı formada təqdim etməlidir.

Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı, soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Sistem əhəmiyyətli iştirakçı AZIPS və XÖHKS-də fəaliyyətinin dayanmasına səbəb olmuş halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 iş günü müddətində hadisənin təfsilatı, o cümlədən baş verdiyi tarixi, onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Banklarda fövqəladə hallarda informasiya təhlükəsizliyinə dair tələblər müəyyənləşib

04-08-2021

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Banklararası Kart Mərkəzi yenilənir

06-09-2022

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015

Ödəniş sistemlərinin təhlükəsizliyi təkmilləşdirilir

14-09-2015

“İnternetdə yaranan problem bankların fəaliyyətinə heç bir təsir göstərmir”

18-11-2015

Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

20-11-2025

“Sinam” şirkəti Mərkəzi Bank ödəniş sistemlərinin gücləndirilməsi üzrə işləri payızda başa çatdıracaq

18-06-2013

AMB bank informasiya sistemlərinin təhlükəsizlik qaydalarını təsdiq edib

07-01-2015

Məlumat mərkəzinin yaradılmasına 350 min manat xərclənib

06-10-2015

Milli Ödəniş Sistemi komponentləri təkmilləşdirilir

10-02-2016

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir

19-04-2024

“Azərkosmos” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

03-04-2020

Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

11-03-2019

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016

Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

22-06-2023

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

Dövlət qurumlarının bütün xidmətlərinin Elektron Reyestrinə nəzarət Dövlət Agentliyinə verildi

15-02-2015

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

06-01-2015

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə