Previous Next
Bağla

Milli Ödəniş Sistemi komponentləri təkmilləşdirilir

10-02-2016 17:45
Milli Ödəniş Sistemi komponentləri təkmilləşdirilir

Cari ildə Milli Ödəniş Sistemi komponentlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Xeberler.az APA-ya istinadən məlumat verir ki,  bunu "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumunda çıxışı zamanı Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı deyib.

Onun sözlərinə görə, xırda ödənişlər üzrə hesablaşma-klirinq sistemində beynəlxalq praktikada geniş istifadə olunan birbaşa debetləşmə ödəniş alətindən istifadə təmin olunacaq. V. Qurbanlı əlavə edib ki, bununla yanaşı, banklara, iştirakçı təşkilatlara verilmiş avtomatlaşdırılmış iş yerləri tam yeni müasir platformaya keçiriləcək: "Milli Ödəniş Sistemi komponentlərinin təkmilləşdirilməsi istiqamətində işlər bununla yekunlaşmayacaq. Belə ki, klirinq sistemində də iştirakçı təşkilatlarla informasiya mübadiləsində informasiya təhlükəsizliyinin təmin olunması üçün bank sertifikat xidmətləri mərkəzindən istifadə təmin olunacaq".

"Mərkəzi Bankın qanunla müəyyənləşdirilmiş əsas səlahiyyətlərindən biri də ölkədə ödəniş sistemlərinin o cümlədən, hesablaşma-klirinq sistemlərinin yaradılması, onların fəaliyyətinin təşkil edilməsi və sabitliyi və inkişafının təmin edilməsidir. Bu missiya çərçivəsində bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizim ölkədə də əsas komponentləri iri və təcili ödənişlər üzrə real vaxt rejimində banklararası hesablaşmalar sistemi və xırda daim təkrarlanan ödənişlərin elektron daşıcıyılarla həyata keçirilməsi üçün nəzərdə tutulmuş xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi olan Milli ödəniş Sistemi infrastrukturunun sabit və etibarlı fəaliyyətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Son illərdə ölkəmizdə telekommunikasiya şəbəkələrinin və elektron imza infrastrukturunun müasir standartlar əsasında inkişaf etdirilməsi Milli Ödəniş Sistemi komponentlərinin təkmilləşdirilməsi üçün əlverişli şərait yaradıb. Yaranmış əlverişli şəraitdən istifadə edərək Mərkəzi Bank bu istiqamətdə xüsusi tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bankda bank sertifikat xidmətləri yaradılıb və  qanunvericilik tələbləri əsasında akkreditə olunub. Biz 2000-ci ilin əvvəllərində iri və təcili ödənişlər sistemini yaradanda Azərbaycanda telekommunikasiya şəbəkələri və elektron imza infrastrukturu demək olar ki, yox səviyyəsində idi. Buna görə də biz bu sistemlərin əsasını beynəlxalq infrastrukturlar üzərində qurmuşuq. Bu asılılıq uzun illər davam edirdi. Yaranmış imkanlardan istifadə edərək iri və təcili ödənişlər sisteminin Mərkəzi Bankın sifarişi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi tərəfindən yaradılmış qapalı telekommunikasiya şəbəkəsi üzərindən işləməsi, fəaliyyət göstərməsi təmin olunub. Aydındır ki, beynəlxalq infrastrukturlar üzərindən işləməni alternativ xətt kimi saxlamışıq. Eyni zamanda, yaranmış yeni infrastrukturda, qapalı telekommunikasiya şəbəkəsi üzərindən işləyərkən informasiya təhlükəsizliyini maksimum standartlar əsasında təmin olunması üçün yuxarıda qeyd etdiyim Mərkəzi Bankda yaradılmış Bank Sertifikat Xidmətləri Mərkəzinin imkanlarından, elektron sertifikatlarından istifadə edilir. Beləliklə Milli Ödəniş sisteminin əsas komponentində yerli alternativ infrastrukturdan istifadə olunmaqla, beynəlxalq infrastrukturlardan asılılıq tamamilə ləğv edilib. Görülmüş bu preventiv tədbirlərin nəticəsidir ki, keçən ilin noyabr ayında ölkədə telekommunikasiya şəbəkəsində baş vermiş qısa böhran zamanı ödəniş sistemlərinin fəaliyyətində heç bir fasilə olmayıb”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ödəniş sistemlərinin təhlükəsizliyi təkmilləşdirilir

14-09-2015

“İnternetdə yaranan problem bankların fəaliyyətinə heç bir təsir göstərmir”

18-11-2015

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

“Sinam” şirkəti Mərkəzi Bank ödəniş sistemlərinin gücləndirilməsi üzrə işləri payızda başa çatdıracaq

18-06-2013

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019

Banklar da eGovPay-ə qoşulur

20-05-2017

AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır

03-04-2026

Elektron Hesabat Sistemi yaradıldı

16-08-2018

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023

Mərkəzi Bank: AzQR biznesin xərclərini ciddi azaldacaq

19-11-2025

Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022

Azərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiqlənib

09-08-2016

Banklararası Kart Mərkəzi yenilənir

06-09-2022

MDB vahid ödəniş sistemi yaradır

09-11-2016

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun 3 aya qüvvəyə minəcək

24-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə