Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 15 sentyabr tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
Xeberler.az məlumat verir ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib. Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.
Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır.
Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub.
Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir.
Qeyd edək ki, yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
Sistemlər üzrə yeni tariflərlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/assets/5fb0145f81f2bd5e01c0861fe.pdf
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları