Previous Next
Bağla

Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

11-01-2025 21:53
Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

"Mobile Payment Solutions" MMC şirkəti (Portmanat brendi) “PortCoin” adlı kriptovalyutasını yaratdığını açıqlayıb.

Xeberler.az şirkətin məlumatına istinadən bildirir ki, “PortCoin” kriptovalyutası “Portmanat” onlayn ödəniş sistemi üzərindən istifadəçilərin ixtiyarına verilib.

PortCoin (PTC) rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılıb.

Bununla əlaqədar 15 yanvar 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində "Baku Blockchain Meetup 2025" və "Portcoin" Kriptovalyutasının Təqdimatı keçiriləcək.

Qeyd edək ki, "Mobile Payment Solutions" MMC Mərkəzi Bank tərəfindən 8 iyul 2024-cü il tarixində verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir. 

PortCoin, Azərbaycan Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçiriləcək blokçeyn əsaslı kripto-aktivdir. Platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitləri rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir. 

Xüsusiyyətlər:

1. Blokçeyn texnologiyası: Binance Smart Chain (BSC) üzərində BEP-20 standartı. 

2. Sadə əməliyyatlar:

 - Portmanat hesabı ilə kriptovalyutaları al, sat və AZN-ə çevir.

 - Digər PTC hesabları arasında köçürmələr. 

“PortCoin” kriptovalyutasının alışı və satışı üçün “Portmanat” tətbiqini yükləmək, qeydiyyatdan keçək və ASAN Sima ilə təsdiqləmək tələb olunur. Bu addımlardan sonra PTC adresi yaradılmalıdır. 

PTC adresi yaratmaq üçün aşağıdakı şərtləri mütləq yerinə yetirməyiniz vacibdir:

    1. SIMA ilə təsdiq: Hesabınızı Limitlər və imkanlar bölməsindən SIMA vasitəsilə təsdiq etməlisiniz.

    2. İki addımlı doğrulama: Təhlükəsizlik bölməsindən Google 2 faktorlu təsdiqləmə funksiyasını aktiv etməlisiniz.

Portcoin əməliyyatları üçün aşağıdakı limitlər tətbiq olunur:

    * PTC 1 aylıq alış limiti: 1000 AZN.

    * PTC 6 aylıq alış limiti: 5000 AZN.

    * PTC 1 aylıq satış limiti: 1000 AZN.

    * PTC 6 aylıq satış limiti: 5000 AZN.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Portcoin" fəaliyyətini dayandırıb

"Portcoin" fəaliyyətini dayandırıb

04-08-2025
Azərbaycanın ilk rəsmi kriptovalyutasının təqdimatı keçiriləcək

Azərbaycanın ilk rəsmi kriptovalyutasının təqdimatı keçiriləcək

14-01-2025
Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

04-08-2025
Xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrü başa çatıb

Xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrü başa çatıb

06-08-2025
Sabah kriptovalyuta üzrə konfrans keçiriləcək

Sabah kriptovalyuta üzrə konfrans keçiriləcək

14-03-2018
Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

09-03-2018
Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025
Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

27-10-2025
Bakcell Portmanat ödəniş sisteminə qoşulub

Bakcell Portmanat ödəniş sisteminə qoşulub

23-04-2015
Nar Mobile «Nar Prestij» nömrələrin satışını həyata keçirir

Nar Mobile «Nar Prestij» nömrələrin satışını həyata keçirir

17-09-2009
Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

27-03-2020
Ailə TV Player indi Kontakt Home mağazalarında

Ailə TV Player indi Kontakt Home mağazalarında

26-07-2016
Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018
Ölkədə kriptovalyuta bazarının tənzimlənməsi müzakirə olunacaq

Ölkədə kriptovalyuta bazarının tənzimlənməsi müzakirə olunacaq

27-02-2018
Kripto StartUp dünyasının yeni ulduzu

Kripto StartUp dünyasının yeni ulduzu

16-06-2021
NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

23-03-2020
SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

14-03-2024
«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

03-08-2010
Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018
Blockchain Bitcoin Conference Baku tədbirində bu mövzuya toxunulacaq

Blockchain Bitcoin Conference Baku tədbirində bu mövzuya toxunulacaq

30-08-2018
SİM kartsız işləyən ilk smartfon təqdim edilib

SİM kartsız işləyən ilk smartfon təqdim edilib

15-10-2018
Bakcell abunəçiləri üçün daha bir yenilik edib

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016
Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

11-08-2021
Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

11-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə