Previous Next
Bağla

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?

04-08-2025 14:30
Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib?
"Ekosistemin tanınmış simalarından biri olan, “Portmanat” brendinin sahibi, Portcoin layihəsinin rəhbəri Telman Axundov Portcoin (PTC) kriptovalyutasının ləğv edildiyi haqqında sosial hesablarında açıqlama verib".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, Mərkəzi Bankın bununla bağlı rəsmi məlumat verməməsi çox düşündürücüdür:
 
"Çünki Portcoin layihəsi və digər 3 maliyyə layihəsi məhz Mərkəzi Bank tərəfindən dəstəklənən Sandbox layihəsi ("Xüsusi Tənzimləmə Rejimi") çərçivəsində reallaşmışdı. Bu, Azərbaycanın kripto və maliyyə ekosistemi üçün böyük bir hadisə idi.
 
Portcoini istifadəçilər məhdud sayda və məhdud məbləğdə Portmanat tətbiqi vasitəsilə alqı-satqı edə, manatla dəyişə bilirdilər.
 
Bununla bağlı Mərkəzi Bankın ayrıca qərarı vardı. Bank rəsmilərinin iştirakı ilə böyük təqdimat məraisimi olmuşdu. İçi mən qarışıq burada çıxışlar, təbriklər, təqdimatlar etmişdik və layihəyə xeyir-dual vermişdik".
 
Ekspertin sözlərinə görə, görünən odur ki, Mərkəzi Bank bu layihəni davam etdirmək istəməyib və bununla bağlı layihə rəhbərini xəbərdar edib:
 
"Təəssüf ki layihə rəhbəri də yalnız Portcoin-in ləğv ediləcəyi və indiyədək bununla bağlı olan ödənişlərin Portmanat vasitəsilə geri qaytarılacağını açıqlayıb. Bu, Mərkəzi Bank layihəsi olduğundan düşünürüm ki, Portcoin hesablarında olan vəsaitlərin geri qaytarılmasıyla bağlı istifadəçilər üçün heç bir narahatçılıq olmayacaq".
 
Osman Gündüzün fikrincə belə bir innovativ layihənin bağlanması təsadüfi ola bilməz:
 
"Ola bilər ki Mərkəzi Bank hansısa ciddi riskləri görüb, yaxud da elə ehtiyatlanaraq və nəticəni gözləməyərək ləğv etməyə üstünlük verib.
 
Ola bilər ki, Mərkəzi Bank Portcoin-lə bağlı əvvəlcədən özünün müəyyən etdiyi limitlərin aşmasını müəyyən edib.
 
Tanıdığımız birjalarda Portcoin listinq edilməsə də, qlobalda blokçeyn vasitəsilə Portcoin müxtəlif yollarla alına bilərdi. Amma Mərkəzi Bank da bunu müşahidə edə bilir və əgər belə hallar olardısa bunun qarşısı alına bilərdi.
 
Bəlkə də Mərkəzi Bank Portcoin üçün müəyyənləşdirdiyi limitlərə nəzarət etmək imkanı olmayıb".
 
Ekspert qeyd edib ki, istənilən halda, belə bir innovativ layihənin ləğvi Azərbaycanın kripto və innovasiya ekosistemi üçün neqativ bir yanaşmadır:
 
"Bu geriyə doğru addım hesab oluna bilər. Xatırladıram ki, Qazaxıstanda, Özbəksitanda, Gürcüstanda və digər region ölkələrdində kripto ekosistemin inkişafı istiqamətində ciddi addımlar atılır və qanunla tənzimlənir.
 
Həm də, bir neçə gün öncə Mərkəzi Bank sədri Taleh Kazımovun ekspertlərlə görüşündə mən məhz bu məsələ ilə bağlı, Sandbox-un sonunun necə olacağıyla bağlı, məhz virtual aktivlərlə bağlı sual vermişdim.
 
Maraqlıdır ki, Mərkəzi Bank sədri yalnız Virtual aktivlər haqqında qanun layihəsinin hazırlanmaqda olduğu və tez bir zamanda başa çatdırılacağını bildrimişdi. Sandbox layihələri haqqında fikir bildirməmişdi.
 
Bütün bunlardan sonar belə qanunun qəbulunun da hansı əhəmiyyəti ola biləcəyi də sual altındadır.
 
Düşünürəm ki, Portcoin komandasının bu layihəni batmağa qoymaması, qlobalda və regional bazarda davam etdirməsi, qlobal birjalarda listinqə çıxartması, blokçeyn əsaslı açıq birjalarda saxlaması və bunun inkişafı üçün investorlar axtarması daha məntiqli və doğru olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Portcoin" fəaliyyətini dayandırıb

04-08-2025

Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

11-01-2025

Azərbaycanın ilk rəsmi kriptovalyutasının təqdimatı keçiriləcək

14-01-2025

Xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrü başa çatıb

06-08-2025

Dünyanın aparıcı Bitget kripto platforması Azərbaycan bazarına daxil olub

06-03-2025

Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz

27-10-2025

Qazaxıstanda kriptokart dövrü başlayır - Osman Gündüz

10-06-2025

Mərkəzi Bank 4 innovativ məhsulu sınaqdan keçirir

14-02-2025

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025

Ekspert: Kapital Bank yaranmış problemlə bağlı üzrxahlıq edibmi?

30-01-2025

Sandbox çərçivəsində 4 innovativ məhsul sınaqdan keçiriləcək

26-12-2025

«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

27-05-2009

Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

04-11-2023

Ekspert: Azərbaycan bu il də The Global Fintech Index 2021 reytinqinə daxil ola bilməyib

22-07-2021

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019

Mərkəzi Bankın sədri ekspertlərlə görüş keçirib

23-10-2025

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022

“Pre-Sandbox” modelinin hazırlanması istiqamətində işlər aparılır

19-11-2025

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022

Startap və innovasiya ekosistemin inkişafını əngəlləyən səbəblər hansılardır?

12-04-2021

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023

Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

09-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə