220 min iCloud hesabı oğurlanıb

27-08-2015 / 13:58

Jailbreak-li Iphone telefonlarının iCloud hesabları ələ keçirilib.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Jailbreak Tweak-ləri 220 mindən çox iCloud hesabının ələ keçirilməsinə səbəb olub.

iOS qapalı əməliyyat sistemi olduğu üçün çoxlu təhlükəsizlik problemləri olmur. Jailbreak əməliyyat  istifadəçilər isə təhlükəsizlik problemləri ilə qarşılaşa bilər.

Apple  yeniləmələrində Jailbreak əməliyyatının yerinə yetirilməsinə səbəb olan açıqları aradan qaldırmağa çalışır. Həmçinin, TaiG, 25PP, Pangu, AbsintheRedsn0w kimi qruplar da  Jailbreak əməliyyatı üçün davamlı işlər aparırlar.

BigBossmodmyi paketləri hack hadisələrinə qarşı yoxlanılır. Buna baxmayaraq, Tweak-lərə ödəniş etməyən istifadəçilər qanunsuz yollarla bu paketlərdən istifadə edir.

Apple Jailbreak əməliyyatı olan iOS telefonlarında yarana biləcək problemlərə qarantiya vermir. Əgər Jailbreak-li İphone və ya İpad istifadə edirsinizsə, iCloud hesabınızın şifrəsini dəyişdirmək və təhlükəsizlik üçün Jailbreak əməliyyatını ləğv etmək məsləhət görülür.

                     Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə