Ölkə tarixində ilk dəfə 4 universitetimiz “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə (World University Rankings2026) daxil olub.
Xeberler.az bildirir ki, ötən il yalnız 2 universitetimiz bu siyahıda yer alıb, 2020-ci ildə isə universitetlərimiz ümumiyyətlə THE qlobal reytinqində təmsil olunmayıb.
2 universitetimiz mövqeyini ötən ilə nisbətən gücləndirib, digər 2 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub.
İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də qərarlaşıb. 1501+ diapazonunda təmsil olunan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.
Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır. Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir.
Sözügedən qlobal reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri ortalama +4 bal dinamikası ilə yaxşılaşıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları