İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Hesabatda diqqətçəkən əsas məqam Bakının bir neçə kateqoriya üzrə digər Mərkəzi Asiya şəhərlərindən daha yüksək nəticə göstərərək “İlin şəhəri” seçilməsidir.
Xeberler.az bildirir ki, Bakı şəhəri, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və “SaaS” xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.
Qeyd edək ki, Azərbaycan son dörd ilin hesabatında ardıcıl inkişaf nümayiş etdirərək cari ildə 74-cü yerə yüksəlib. Ölkəmiz “StartupBlink” qlobal reytinqində 2021-ci ildə 89, 2022-ci ildə 85, 2023-cü ildə 84 və 2024-cü ildə isə 80-ci mövqedə olub. Bu il ümumilikdə 118 ölkənin və 1473 şəhərin innovasiya göstəriciləri dəyərlədirilib. Reytinqin ilk beşliyində ABŞ, Birləşmiş Krallıq, İsrail, Sinqapur və Kanada yer alıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları