Previous Next
Bağla

Azərbaycanın görkəmli şəxslərinin vikipedia səhifələri yaradılıb

19-01-2017 10:43
Azərbaycanın görkəmli şəxslərinin vikipedia səhifələri yaradılıb

AMEA-nın Rəyasət Heyətinin iclasında İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan AMEA-nın elmi müəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti haqqında hesabat təqdim edilib.

Xeberler.az-ın məlumatına görə, hesabatı təqdim edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Vikipediya virtual ensiklopediyasında Azərbaycanın yüksək səviyyədə təmsil olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik bildirib ki, Mərkəz tərəfindən Viki-qrupların üzvlərinə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda təlim kursları keçirilib, ümumilikdə, həmin kurslarda 123 alim və mütəxəssis iştirak edib. Həmçinin Vikipediyanın Azərbaycan seqmentində mövcud problemləri həll etmək və inkişafa nail olmaq üçün bu sahədə aktiv fəaliyyət göstərən, qısa müddət ərzində müəyyən nəticələr əldə edən ölkələrin təcrübəsi öyrənilib, müvafiq təhlillər aparılıb. Bundan başqa, Vikipediyanın Azərbaycan, ingilis, rus, türk dili seqmentlərində xalqımızın maraqlarına zidd olan kontentlərin müntəzəm monitorinqi və analizi aparılıb.

Rasim Əliquliyev vurğulayıb ki, müxtəlif təşkilatların və şəxslərin müraciətləri əsasında onlara Vikipediyada işləmək qaydaları öyrədilib, qarşılaşdıqları problemlərin həlli yolları göstərilib, lazımi məsləhətlər verilib, Azərbaycanın görkəmli şəxslərinin səhifələrinin yaradılmasına, kitablarının yerləşdirilməsinə yardım edilib. Eləcə də, viki-texnologiyalardan istifadə etməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün viki-mühitin zəruri kontent təminatı həyata keçirilib. Vikipediya virtual ensiklopediyasının Azərbaycan cəmiyyətində tanınması üçün müxtəlif konfrans, forum, televiziya və radio kanallarında, çap və elektron media resurslarında təbliğat-təşviqat işləri aparılıb.

Görülən işlərin təqdimatından sonra akademik Rasim Əliquliyev Vikipediya ensiklopediyasının Azərbaycan seqmentinin formalaşması sahəsində mövcud olan problemləri diqqətə çatdırıb:

"Viki-mühitdə Azərbaycan haqqında məlumatlar yetərincə deyil, bəzi hallarda isə həqiqəti əks etdirmir, qərəzli xarakter daşıyır: “İngilis, rus və digər geniş yayılmış dillərdə də Azərbaycan haqqında obyektiv məlumatlar çox azdır. Müəyyən məkrli qüvvələr bu boşluqdan istifadə edərək ölkəmizə qarşı dezinformasiya  yayır, informasiya müharibəsi aparırlar. Azərbaycanla bağlı materialları Vikipediya ensiklopediyasına daxil edən aktiv istifadəçilərin sayı isə yetərincə deyil və onların fəaliyyəti pərakəndə xarakter daşıyır, hətta bəzi administratorların, aktiv istifadəçilərin fəaliyyətinin və mövqeyinin obyektiv reallıqları milli maraqlarımızı  əks etdirmir”.

Akademik daha bir mühüm problem kimi Vikipediya ensiklopediyasında Azərbaycanla bağlı məlumatların, həqiqətlərin düzgün təqdim olunması istiqamətində, dezinformasiyalara qarşı mübarizədə ziyalıların, mütəxəssislərin, elm, təhsil, mədəniyyət müəssisələri əməkdaşlarının fəaliyyətinin lazımi səviyyədə olmadıqlarını, onların viki-layihələrdə çalışmaq, zəruri məlumatları bu mühitə daxil etmək üçün müəyyən biliklərə və vərdişlərə yiyələnmədiklərini diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Vikipediya ensiklopediyasında Azərbaycanla bağlı məlumatların digər dillərdə təqdim olunması işlərində xarici ölkələrdə yaşayan soydaşlarımızın, fəaliyyət göstərən diaspor təşkilatlarımızın imkanlarından lazımi səviyyədə istifadə olunmur.

Akademik Rasim Əliquliyev göstərilən problemlərin aradan qaldırılması üçün alim və mütəxəssislərin Vikipediya ensiklopediyasında fəal olmalarının, orta və ali məktəblərdə müvafiq biliklərin tədris edilməsinin, Vikipediyanın Azərbaycan bölməsində fəaliyyət göstərən administratorların və aktiv istifadəçilərin fəaliyyətinin koordinasiya olunmasının, kontentlərin zənginləşdirilməsi və dünyanın aparıcı dillərinə tərcümə edilərək  yerləşdirilməsinin vacibliyini vurğulayıb:

“Bütövlükdə, viki-layihələrin geniş miqyasda həyata keçirilməsi, Azərbaycanın  Vikipediya ensiklopediyasında yüksək səviyyədə təmsil olunması, milli maraqlarımızın lazımınca qoruması üçün biznes-vətəndaş cəmiyyəti əməkdaşlığına, həmçinin inzibati, texniki və maliyyə dəstəyinə ehtiyac var”.

Daha sonra hesabat haqqında müzakirə aparılıb və təsdiq edilib.  Qərara alınıb ki, Viki Mərkəz tərəfindən həyata keçirilən elmi tədqiqatlar və təlim kursları davam etdirilsin, Akademiyanın Naxçıvan və Gəncə bölmələrində, Şəki və Lənkəran regional elmi mərkəzlərində fəaliyyət göstərən viki-qrup üzvlərinə müvafiq təlim kursları təşkil olunsun.

Məltəm  Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016

Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib

09-12-2015

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016

Vikipediya-nın 15 yaşı tamam olur

15-01-2016

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

AMEA-nın akademik-katibi: “Milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması üçün tədbirlər görülür”

22-04-2014

Vikipediya-nın Azərbaycan bölməsinin nə qədər istifadəçisi var?

22-01-2016

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013

AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

15-01-2014

AMEA-nın əməkdaşları VİKİMANİYA-2019-a qatılıb

29-08-2019

AMEA-da Vikipediya təlimləri başlayıb

17-02-2016

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

04-07-2022

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

21-11-2020

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə