Mərkəzi Elmi Kitabxananın “Şuşa” zalında Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, elmi katibləri, beynəlxalq və ictimaiyyətlə əlaqələrə məsul şəxsləri, kitabxana müdirləri və gənc alimləri iştirak ediblər.
Müşavirəni giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü qeyd edib. Akademik İsa Həbibbəyli AMEA-nın dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə gəlib çatması və dünya elmində öz layiqli yerini tuta bilməsi üçün “Elektron Akademiya”nın yaradılmasının zəruri məsələlərdən olduğunu vurğulayıb.
AMEA rəhbəri bu istiqamətdə mühüm addımların atıldığını bildirərək Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi və IV Sənaye İnqilabının çağırışlarının həyata keçirilməsi istiqamətində cəmiyyətin müxtəlif sahələrində, o cümlədən elmi sferada görülən işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının müvafiq sərəncamları elm sahəsində də elektron vasitələrdən istifadəni müasir tələblər səviyyəsində qurmağı bir vəzifə kimi qarşıya qoyub.
“Yenilənən Akademiyanın yaradılmasının yeganə yolu elektron xidmətlər şəbəkəsinin qurulması, onun işlək vəziyyətə gətirilməsi və daim təkmilləşdirilməsidir”, - deyən akademik İsa Həbibbəyli bu istiqamətdə bir neçə mərhələ üzrə fəaliyyət planlarının nəzərdə tutulduğunu qeyd edib. Natiq bu istiqamətdə ilk mərhələ olan “Elektron Akademiya” şöbəsinin yaradıldığını, AMEA-nın elmi bölmələri üzrə rəqəmsal inkişaf, süni intellektlə əlaqədar elmi problemlərin aşkara çıxarılması və bu sahənin təşviq edilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsinə dair müvafiq tapşırıqların verildiyini deyib. AMEA rəhbəri Akademiyada yeni yaradılmış “Elektron Akademiya” şöbəsinin Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron idarəetmənin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi istiqamətində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Akademiyada elektron resurslar sisteminin təkmilləşdirilməsi və modernləşdirilməsi, AMEA-nın beynəlxalq qurumlarda təmsilçilik məsələlərinə diqqətin artırılması, çap olunan jurnalların veb-saytlarının yaradılması, “Elektron Kitabxana” xidmətinin tam şəkildə qurulması və s. məsələlərin əhəmiyyətini qeyd edib. Alim bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin aparılmasının və müşavirələrin keçirilməsinin zəruriliyinə də toxunub.
AMEA-da Vikipediya ilə bağlı fəaliyyətin Mərkəzi Elmi Kitabxana tərəfindən həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, Akademiya üzrə sözügedən Vikipediya qrupunun ətrafında elmi müəssisələrdə də qrupların yaradılması və fəaliyyətinin əlaqələndirilməsi, təkmilləşdirilməsi qarşıdakı hədəflərdəndir. Vikipediya fəaliyyətinin Akademiyanın elektron hərəkatının əsas istiqamətverici hissələrindən biri olduğunu vurğulayan AMEA rəhbəri dünya Vikipediyaları sırasında Azərbaycanın orta yerlərdə qərarlaşdığını söyləyib, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ideoloji mübarizədə elektron ensiklopediyanın əhəmiyyətinə toxunub.
Alim, həmçinin “Google Scholar”da AMEA əməkdaşlarının az qisminin iştirak etdiyinə diqqət çəkərək bu istiqamətdə fəaliyyətin institutların rəhbərliyinin təşviqi ilə genişləndirilməsinin, AMEA-nın bütün əməkdaşların “Google Scholar” və digər elmi sosial şəbəkələrdə hesablarının yaradılmasının önəmini qeyd edib.
Çıxışının sonunda AMEA prezidenti elmi müəssisələrdə elektron xidmətlərin günün tələbləri səviyyəsində qurulması üçün institut və təşkilatların rəhbərlərini bu istiqamətdə yaxından iştirak edərək dəstək verməyə çağırıb.
Tədbirdə “Elektron Akademiya” şöbəsinin müdiri, r.ü.f.d. Fariz İmranov “Elektron Akademiya” şöbəsinin fəaliyyət proqramı və AMEA-nın elmi-tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılması” barədə çıxış edib. O, Akademiyanın elmi müəssisələrinin saytları, elmi nəşrləri, sosial şəbəkələrdəki, eləcə də “Google Scholar” və digər beynəlxalq elmmetrik bazalardakı fəaliyyətinə dair monitorinqin ilkin nəticələrini təqdim edib. Fariz İmranov AMEA-da elektron xidmətlər şəbəkəsi ilə bağlı mövcud problemlərə toxunaraq təkliflərini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.
“Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk isə “Vikipediya virtual ensiklopediyasında AMEA əməkdaşlarının fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Vikipediya qruplarının yaradılması ilə bağlı fəaliyyətin davam etdirildiyini söyləyib. Qeyd edib ki, Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşlarına Mərkəzi Elmi Kitabxanada Vikipediya təlimləri keçirilir və həmin qruplar yeni məqalələrin yaradılmasını və əsaslı redaktəsini həyata keçirəcəklər: “Ümumilikdə Akademiyanın hər bir elmi müəssisəsinin bu elektron ensiklopediyada həyata keçirdiyi tədbirlər ölkədə Vikipediya fəaliyyətinin genişlənməsinə səbəb olacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri