Previous Next
Bağla

Vikipediya-nın 15 yaşı tamam olur

15-01-2016 12:39
Vikipediya-nın 15 yaşı tamam olur

 İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən Vikipediya virtual ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində fəaliyyətə başlayıb və az müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbəyidir.

Vikipediya-nın təsisçiləri Ohayo Universitetinin (ABŞ) fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uelsdir.

Bu gün Vikipediya internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir.

Xeberler.az iсt.az  saytına istinadən məlumat verir ki, Viki-mühitdə 40 milyondan artıq ensiklopedik məqalə və 30 milyona yaxın şəkil, video və audio-fayl saxlanılır. Hər ay 4 milyard internet istifadəçisi informasiya əldə etmək üçün bu ensiklopediyaya müraciət edir. Layihənin qeydiyyatdan keçmiş 300 milyon istifadəçisi vardır. Onlar könüllü olaraq təcrübə və biliklərini viki-mühitdə başqaları ilə bölüşürlər.

Vikipediya-nın populyarlaşmasının əsas səbəbi onun dinamik və daim yenilənən olmasıdır. Bu gün xalq, dövlət, hər hansı hadisə, görkəmli şəxslər və s. haqqında ilkin informasiya Vikipediya-dan əldə olunur. Bu virtual ensiklopediyaya müraciət edənlər yalnız ensiklopedik məlumat deyil, eyni zamanda, səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar əldə edir, bilik yaratmaqla məşğul olan sosial şəbəkənin aktoruna çevrilirlər.  

Viki-mühit informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır. Belə ki, informasiya cəmiyyətinin əsas fəlsəfəsi yaşından, dilindən, dinindən, sosial və siyasi mənsubiyyətindən, təhsilindən, ixtisasından asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatını ödəməkdən və onlar arasında sosial kommunikasiya mühiti yaratmaqdan ibarətdir. Vikipediya bu tələbatın ödənilməsində və müvafiq mühitin yaradılmasında mühüm rol oynayır.

Qeyd etmək lazımdır ki, Vikipediya-nın yaratdığı geniş imkanlar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən də lazımınca qiymətləndirilir. AMEA Rəyasət Heyətinin 2014-cü il 15 yanvar tarixli Qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunda Viki-Mərkəz yaradılıb.

Viki-Mərkəzin qarşısına AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qruplara cəlb edilmiş əməkdaşlara virtual ensiklopediyanın müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün bir sıra vəzifələr qoyulub: zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanmasını nəzərdə tutan treninq kurslarının təşkili, vikimetrik araşdırmaların genişləndirilməsi, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqi, dezinformasiya və informasiya qarşıdurmaları kimi faktların aşkarlanması. Viki-Mərkəz həm də Azərbaycan Respublikasının milli maraqlarının qorunması,  ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsinin təşkilində  iştirak edir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib

Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib

09-12-2015
Viki-mərkəz fəaliyyətini davam etdirir

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019
Vikipediya-nın Azərbaycan bölməsinin nə qədər istifadəçisi var?

Vikipediya-nın Azərbaycan bölməsinin nə qədər istifadəçisi var?

22-01-2016
Viki-Mərkəzin  fəaliyyəti genişləndirilir

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016
Viki-Mərkəzin fəaliyyəti  müzakirə olunub

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016
Azərbaycanın görkəmli şəxslərinin vikipedia səhifələri yaradılıb

Azərbaycanın görkəmli şəxslərinin vikipedia səhifələri yaradılıb

19-01-2017
AMEA-da Vikipediya təlimləri başlayıb

AMEA-da Vikipediya təlimləri başlayıb

17-02-2016
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019
AMEA-nın akademik-katibi: “Milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması üçün tədbirlər görülür”

AMEA-nın akademik-katibi: “Milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması üçün tədbirlər görülür”

22-04-2014
AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

15-01-2014
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

04-07-2022
"Vikipediya" Rusiyada bloklana bilər

"Vikipediya" Rusiyada bloklana bilər

27-01-2026
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
Vikipediya-da Azərbaycan həftəsi başlayıb

Vikipediya-da Azərbaycan həftəsi başlayıb

26-04-2016
Ermənistanda  Vikipediya ilə maliyyə vəsaiti ilə təmin olunan şəxslər işləyir

Ermənistanda Vikipediya ilə maliyyə vəsaiti ilə təmin olunan şəxslər işləyir

10-03-2009
AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023
“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

21-11-2020
Doktorant və dissertantlara informatikanı tədris edən Mərkəzdən reportaj

Doktorant və dissertantlara informatikanı tədris edən Mərkəzdən reportaj

22-07-2015
Vikipediya alman arxivindən 100 min tarixi şəkil əldə edib

Vikipediya alman arxivindən 100 min tarixi şəkil əldə edib

09-12-2008
AMEA: “Vikipediya”da şəhidlərimizlə bağlı məqalələrin silinməsi səhv addımdır

AMEA: “Vikipediya”da şəhidlərimizlə bağlı məqalələrin silinməsi səhv addımdır

13-09-2024
“VİKİPEDİYA”nın RUS BÖLMƏSİNDƏ ERMƏNİ BARMAĞI

“VİKİPEDİYA”nın RUS BÖLMƏSİNDƏ ERMƏNİ BARMAĞI

24-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə