Previous Next
Bağla

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019 12:17
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən “Kitabxanalar mobil informasiya mərkəzi kimi” adlı Beynəlxalq Elmi-Praktiki konfransda ““İnformasiya təhlükəsizliyinin təmin olunmasında “Kitabxanada açıq ensiklopedik resurslar (Vikipediya)” modelinin tətbiqi” adlı məruzə ilə çıxış edib.

Xeberler.az bildirir ki, Leyla İmanova çıxışında Vikipediyanın əsas informasiya axtarış sistemlərinin məlumat sorğusunun çevik cavablandırması və vikipediyanın informasiya müharibəsində Azərbaycanın zəif nöqtəsi olması səbəblərindən MEK-in 2015-2019-cu illər üçün nəzərdə tutulmuş strategiyasının əsas hədəflərindən birinə çevrilməsindən danışıb. Bildirib ki, göstərilən strateji hədəfə çatmaq üçün 2015-ci ildə MEK strukturunda Sərbəst Ensiklopedik Resurslar şöbəsi və şöbənin nəzdində “Vikipediya metodik mərkəzi” yaradılıb, “Azərbaycan Vikipediyasının işlək modeli” tərtib və tətbiq edilib, Youtube sosial şəbəkəsində “Vikipediada məqalələrin yaradılması” mövzusunda Azərbaycan dilində video-təlimatlar yerləşdirilib, Viki-qaydalar ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək istifadəyə verilib, Facebook sosial şəbəkəsində “Qorqud” viki-qrupu yaradılıb, AMEA və kənar müəssisələrə, ali məktəblərin müəllim və tələbə heyətinə təlimlər keçirilib.

Nəticədə 4 il ərzində Azərbaycan Vikipediyası məqalələrin sayına görə 150000 səddi aşdı və 62-ci pillədən 51-ci pilləyə irəliləyib, məqalələrin dərinliyi 32-yə, fəal istifadəçilərin sayı 548-ə çatıb, bu göstəricilərin cəmi isə Azərbaycan haqda məlumatların daha dolğun və akademik tərzdə internet istifadəçilərinin ixtiyarına verilməsinə gətirib çıxarıb.

Leyla İmanova qeyd etdi ki, MEK Vikipediya metodik mərkəzinin viki-könüllüləri tərəfindən dünyanın müxtəlif dillərində - ingilis, alman, fransız, ispan. ərəb, fars, türk, çex, gürcü, ukrayna və başqa – Azərbaycan tarixi və mədəniyyətinə dair viki-məqalələr hazırlanıb və yerləşdirilib, bu işdə “Şəms” tərcumə mərkəzinin və MEK əməkdaşlarının rolunu xüsusi vurğulayıb.

Mərkəzi Elmi Kitabxananın direktoru viki-hərəkatının Azərbaycanın ali məktəblərində də başlamasını, Milli Aviasiya Akademiyasında Viki-mərkəzin yaradılmasını, Azərbaycan İlahiyyat İnstitutunda və Bakı Dövlət Universitetində viki-mərkəzlərin yaradılması üzrə aparılan işləri xüsusi vurğulayıb.

Yekunda Berlin Humbolt Universitetinin professoru, Kitabxana-İnformasiya mərkəzinin direktoru, İFLA-nın 12 il ərzində sədri olmuş xanım Klaudia Luksun MEK-in vikipedia fəaliyyətinə dair söylədiyi fikirlər iştirakçıların diqqətinə çatdırıldı: “Məkəzi Elmi Kitabxananın yaratdığı vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

05-04-2019

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

Vikipediya-nın Azərbaycan bölməsinin nə qədər istifadəçisi var?

22-01-2016

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026

AMEA-da Vikipediya təlimləri başlayıb

17-02-2016

Azərbaycan Türkiyə ilə “Vikidata" sahəsində əməkdaşlığa başlayıb

28-10-2022

Vikipediya-nın 15 yaşı tamam olur

15-01-2016

Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

03-03-2016

İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

04-07-2022

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016

Azərbaycanın görkəmli şəxslərinin vikipedia səhifələri yaradılıb

19-01-2017

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə