Previous Next
Bağla

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019 10:16
Elektron elmin inkişafı müzakirə olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında ölkəmizdə e-elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına dövlət dəstəyi, İKT-nin sürətli inkişafı və onun digər sahələrlə yanaşı, elmdə də tətbiqi elektron elmin formalaşdırılmasının sürətləndirilməsini zəruri edir.

Xeberler.az   bildirir ki, R.Əliquliyev E-Azərbaycanın, onun mühüm tərkib hissəsi olan e-elmin formalaşması və inkişafı ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. Bu istiqamətdə reallaşdırılan tədbirlərin konseptual və normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət sənədlərini diqqətə çatdırıb.

Akademik-katib, həmçinin Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsi haqqında danışıb. Alim e-elmin texnoloji platforması olan AzScienceNet Elm Kompüter Şəbəkəsinin imkanlarından bəhs edərək bildirib ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli, çoxsaylı İnternet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü və EaPConnect (Şərq tərəfdaşlığı üzrə regional elm şəbəkəsi) layihəsinin tərəfdaşı kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.
Məruzəçi AMEA üzrə e-elmin əsas indikatorlarından da danışıb, Akademiya üzrə korporativ e-poçt sisteminin yaradıldığını, Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və problemlər üzrə elmi Şuraların veb-saytlarının hazırlandığını, distant tədris, Rəyasət Heyətinin iclaslarının, həmçinin ElmTV-nin on-line yayımının həyata keçirildiyini qeyd edib.

Akademik R.Əliquliyev rəhbərlik etdiyi institutun Tədris-İnnovasiya Mərkəzində son illər ərzində 20 minə yaxın elektron-tədqiqatçının hazırlandığını, AMEA üzrə Viki Mərkəz və Viki qrupların fəaliyyət gəstərdiyini diqqətə çatdırıb. Alim, həmçinin Milli GRİD Mərkəzinin Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzlərinə, AzScienceNet şəbəkəsinin isə, GEANT şəbəkə infrastrukturuna inteqrasiyası istiqamətlərində işlərin görüldüyünü, AzScienceNet şəbəkəsi və Azərbaycan Təhsil Şəbəkəsi olan AzEduNet arasında əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb. Həmçinin AMEA üzrə İnternet istifadəçilərin sayının və İnternet trafikin inkişaf dinamikasını da təqdim edib.

Sonda R.Əliquliyev e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifə və problemlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır. Məruzəçi, bunlarla yanaşı, qeyd edib ki, GEANT-a inteqrasiyanın sürətləndirilməsi və virtual elmi cəmiyyətlərin yaradılması, İKT-nin müxtəlif elm sahələrində tətbiqi üçün multidissiplinar ixtisaslar üzrə kadr hazırlığı, elmmetrik qiymətləndirmələr üçün intellektual-analitik sistemin yaradılması, dissertasiya şuralarının iclaslarının onlayn yayımı və elektron arxivləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də, e-elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanması zəruriyyəti qarşıda duran vacib məsələlərdəndir

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
AzScienceNet-in infrastrukturu yenidən qurulub

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
AzScienceNet-in  İnternet Xidmətləri Mərkəzinin açılışı olub

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014
“Ölkədə distant tədris mərkəzlərinin  sayı artırılacaq”

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016
“Mərkəzdə distant tədris prosesi  də həyata keçirilir”

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə